Print

Feli birləşmələr

85 лайков Şərh yazmaq

İkinci (əsas) tərəfi felin təsriflənməyən formaları (məsdər, feli sifət, feli bağlama) ilə ifadə olunan  söz birləşmələri feli birləşmələr adlanır. Məsələn, məsdərlə – vətəni sevmək, təbiəti qorumaq, həvəslə oxumaq; feli sifətlə- vətəni sevən, təbiəti qoruyan, həvəslə oxuyan; feli bağlama ilə- vətənisevəndə (sevərkən), təbiəti qoruyanda (qoruyakən), həvəslə oxuyanda ( oxuyarkən). 

Feli birləşmələrin ikinci tərəfləri fellə ifadə olunduğu üçün hərəkət bildirir, bu birləşmələrin birinci tərəfləri hərəkəti müxtəlif cəhətdən izah edir. Bunlar aşağıdakılardır:

  1. Birinci tərəf hərəkətin subyektini, yəni  iş görəni bildirir: sən gülərkən, biz baxanda, qız danışdıqca və s. 
  2. Birinci tərəf hərəkətin obyektini, yəni üzərində iş görülən əşyanı bildirir: gələnləri qarşılamaq, kinoya baxmaq, kitabdan öyrənmək və s. 
  3. Birinci tərəf hərəkətin yerini bildirir: rayonda yaşamaq, səhərdən gəlmək, işdən qayıtmaq və s. 
  4. Birinci tərəf hərəkətin zamanını bildirir: tez getmək, gec gəlmək, səhər oyanmaq və s. 
  5. Birinci tərəf hərəkətin kəmiyyətini bildirir: çox yatmaq, az oxumaq və s.
  6. Birinci tərəf hərəkətin tərzini bildirir: qaça -qaça getmək, ucadan danışmaq, sakitcə baxmaq və s. 
  7. Birinci  tərəf hərəkətin səbəbini bildirir: hirsindən gülmək, sevincdən ağlamaq, soyuqdan titrəmək və s.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: