Print

Dərs 2.2 – Alman dilində işarə əvəzlikləri

3 лайка Şərh yazmaq

LEKTİON 2.2 – die Demonstrativpronomen

Bu dərsimizdə alman dili işarə əvəzliklərinin öyrənilməsinə başlayırıq. İşarə əvəzliklərindən istifadə edərkən həmin əvəzliklərin deyilişi mütləq barmaq və ya baş hərəkətləri ilə də müşayət edilir. Alman dili işarə əvəzliklərini başa düşə bilmək üçün gəlin əvvəlcə azərbaycan və alman dili ışarə əvəzliklərinin qarşılıqlı cədvəlinə nəzər salaq.

Təkdə Cəmdə
kişi cinsi qadın cinsi orta cins
 bu = dieser  bu = diese  bu = dieses  bunlar = diese
 o = jener  o = jene  o = jenes  o = jene

Alman dili işarə əvəzliklərinin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi qaydası müəyyən artikllərin hallanması və ya onlardan sonra sifətlərin işlədilməsi ilə tam eyniyyət təşkil edir. Yəni

der = dieser/jener,
die = diese/jene,
das = dieses/jenes,
və cəmdə
die = diese/jene 

Bir neçə misallar göstərək:

der junge Mann  və ya dieser junge Mann  və ya jener junge Mann
die schöne Frau və ya diese schöne Frau  və ya jene schöne Frau
das kleine Kind  və ya dieses kleine Kind  və ya jenes kleine Kind

cəmdə isə

die jungen Männer və ya diese jungen Männer və ya jene jungen Männer

İşarə əvəzlikləri də eyni ilə təkdə və cəmdə müəyyən artikllər kimi hallanır. Yəni işarə əvəzliklərinin hallanması haqqında məlumat almaq üçün müəyyən artikllərin hallanmasını təkrar etmək yetərlidir. Sadəcə müvafiq müəyyən artikllərin yerinə işarə əvəzliklərini qoyun.

MƏNBƏ: www.deutsch.az

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: