Print

Yanaşma əlaqəsi

112 лайков 2 комментария

Tabe sözün heç bir qrammatik şəkilçi qəbul etmədən tabeedici sözə mənaca bağlanması yanaşma əlaqəsi adlanır. 

Yanaşma əlaqəsində tabe söz tabeedici sözdən həmişə əvvəl gəlir və onu müxtəlif cəhətdən izah edir. Tabe söz isimlə; tabe söz zərf, feli bağlama, yamsılama olduqda tabeedici söz fellə ifadə olunur. Məsələn, uca dağ, duzlu danışıq, soyuq su, bu bina, on şagird, sökülmüş araba, gülən uşaq, cəld yerimək, səhər oyanmaq, dayanaraq baxmaq, gələndə bilmək şır-şır şırıldamaq və s. 

Bu əlaqə daha çox birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında və zərfliklə xəbər arasındakı əlaqədə xəbər əsas söz olur. Məsələn, Qız gülə – gülə danışırdı. İsə tez gəlmişdi. Həsən çox sürətlə gedirdi. 

Cümlə üzvlərindən təyin → mübtəda, təyin→ ismi xəbər, təyin→ zərflik, təyin→ tamamlıq,təyin→ təyin, zərflik→ xəbər arasında da yanaşma əlaqəsi olur.

Yanaşma əlaqəsi cümlə üzvləri arasında olmaqla yanaşı, birinci növ təyini söz birləşmələri və asılı tərəfi tərz, zaman, kəmiyyət, səbəb,  məqsəd bildirən  feli birləşmələrin tərəfləri arasında da olur. Məsələn, qırmızı gül, qızıl medal, uca dağlar, beş əsgər, yüksələn bayraq, azad insan, vəfasız həyat – birinci növ təyini söz birləşmələri; az danışan, tez-tez danışmaq, çox yatmaq, baxıb getmək, yavaşca demək,  xəstələnib qalarkən, indi getmək – feli birləşmələr. 

Tərkibində qoşma olan vasitəli tamamlıq və xəbər, qoşmalı zərfliklərlə xəbər arasında da yanaşma əlaqəsi olur. Məsələn, Bunları sənin üçün almışam. Səninlə hər yerə gedərəm. O, bura səni görməkdən ötrü gəlib. Müəllim onu gecikdiyinə görə  danladı. 

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

2 comments

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: