Print

Niyə “qızcığaz” orta cinsdədir?

1 лайк Şərh yazmaq

Alman dilində qəribə bir istisna var: Oğlan (der Man) – kişi cinsidə, Qadın (die Frau) – qadın cinsində lakin Qız – orta cinsdədir. Niyə?medchen

Alman dilində Rus və doğma dilimizdə olduğu kimi sözlərin kiçiltmə və əzizləmə mənalı şəkilçiləri vardır. Azərbayacan dilində bu – cığazcıq şəkilçiləridir.

Məsələn:

qulaq => qulaq-cıq,
qız => qız-cığaz.

Alman dilində sözlərin kiçiltmə və əzizləmə formasını almaq üçün isə -chen şəkilçisindən istifadə olunur:

das Haus (ev) => das Häuschen (evciq)
die Tür (qapı) => das Türchen (qapıcıq)
das Bild (şəkil) => das Bildchen (balaca şəkil)

Alman dilində kiçiltmə və əzizləmə formasını almaq üçün -lein şəkilçisindən də istifadə olunur:

der Tisch (stol) => das Tischlein (balaca stol)
das Kind (uşaq) => das KIndlein (uşaqcıq)

İndi isə keçək əsas məsələyə:

Alman dilində -lein və -chen şəkilçiləri ilə əmələ gələn bütün kiçiltmə və əzizləmə sözləri orta çinsdə olur. İstisnalar yoxdur.

qız mənasını verən «Mädchen» sözü bu qəbiləli şəkilçi qəbul etdiyi üçün hər zaman orta cinsdə olur. Qəribəsi də ondadır ki, sözün kökü hal-hazırda istifadə olunmayan köhnəlmiş «die Magd» sözündən əmələ gəlmişdir. Mənası isə yetkin qızdır:

die Magd / die Maid (yetkin qız, köhnəlmiş) => das Mägdchen (qızcığaz, köhnəlmiş) => das Mädchen (qızçığaz)

Vəssalam. Artıq Almanca qızcığazın niyə orta cinsdə istifadə edildiyini bilmiş olduq.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: