Print

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

128 лайков 5 комментариев

Xəbər mübtəda ilə şəxsə görə həmişə uzlaşır. Mübtəda hansı şəxsdədirsə, xəbər də həmin şəxsdə olur, həmin şəxsin şəkilçisini qəbul edir. Məsələn, Mən dostumla bir yerdə idim. Onlar bu hadisəyə görə çox şad oldular. Sən bu məsələni çox böyüdürsən.

Xəbər  mübtəda ilə kəmiyyətə görə də uzlaşır. Mübtəda tək olanda xəbər də tək olur, mübtəda cəm olanda xəbər də cəm olur. Məsələn, Mən gəlirəm.Sən gəlirsən. O gəlir. Biz gəlirik. Siz gəlirsiniz. Onlar gəlirlər.

III şəxsdə xəbər mübtəda ilə kəmiyyətə görə uzlaşdıği  kimi, uzlaşmaya da bilər. Bu, aşağıdakı kimi olur:

  1. Mübtəda insan anlayışı bildirirsə, kəmiyyətə görə uzlaşma, əsasən, olmalıdır: Uşaq← oynayır. Uşaqlar← oynayırlar. 
  2. Mübtəda  digər canlılar olarsa, kəmiyyətə görə uzlaşma ola da bilər, olmaya da bilər: Həyvanlar yatmışdılar. Heyvanlar yatmışdı (-)
  3. Mübtəda cansız əşya olarsa, xəbər III şəxsin cəmində kəmiyyətə görə uzlaşa bilməz: Otlar saralmışdı (-)

Cümlənin ikinci dərəcəli üzvləri.

İkinci dərəcəli üzvlər baş üzvlərə aid olub onları müxtəlif cəhətdən izah edir. Tamamlıq, təyin, zərflik cümlənin ikinci dərəcəli üzvləridir. Tamamlıq və zərflik xəbərlə bağlı olur və xəbəri izah edib aydınlaşdırır. Təyin mübtəda, tamamlıq və əşya  bildirən başqa üzvlərə aid olur.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

5 comments

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: