Print

Antonimlər

124 лайка 1 Şərh

Leksik mənaları bir-birinin əksi olan sözlər antonimlər adlanır. Məsələn: yaxşı — pis, uzun — qısa, gecə — gündüz, doğru -yalan, gözəl — çirkin, aşağı -yuxarı və s.

Antonimlər eyni nitq hissəsinə aid olur: gəlmək, getmək- fel; acı, şirin — sifət; sülh, müharibə — isim; cəld, yavaş — zərf və s.

Antonimlər iki yerə bölünür: leksik antonimlər, qrammatik antonimlər.

Leksik antonimlər əksmənalı sözlərdən ibarət olduğu halda, qrammatik antonimlər şəkilçilərin vasitəsilə yaranır, yaxud köməkçi nitq hissələrinin əksmənalılığı əsasında meydana çıxır. Şəkilçilərin də antonimliyi olur. Məsələn, -lı4, -sız4, -araq2, -madan2, -bi, -ba, -na, -lı və s. dadlı — dadsız, yazaraq — yazmadan, biməzə-baməzə və s.

Antonimlik nitq hissələrindən sifətlərdə, fellərdə, zərflərdə, eləcə də isim və saylarda müşahidə olunur. Frazeoloji birləşmələrdə də antonimlik özünü göstərir. Məsələn, xoşu gəlmək — zəhləsi getmək, qanı qaralmaq — kefı kökəlmək və s.

Antonimlərdən ədəbiyyatda bədii təzad da yaratmaq mümkündür.

Вам может понравиться

loading...

1 comment

Добавить комментарий для Əkbər Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *