Print

Yeni sözlər (neologizmlər)

145 лайков 7 комментариев

Cəmiyyətin inkişafı nəticəsində bəzi məfhumların və onları bildirən sözlərin köhnəlib aradan çıxdığı kimi bir sıra yeni məfhumlar və bunları bildirən yeni sözlər də yaranır ki, bunlar da neologizmlər adlanır.

Leksikada yaranan yeni sözlər və ya neologizmlər (yunanca neos -yeni, loqos – söz deməkdir) ən çox elm və leksikanın inkişafı ilə bağlıdır.

Məsələn:

maqnitofon, kompüter, printer, skaner, özəlləşdirmə, soyqırım, nəfəslik, işbirliyi, soykökü, yayım, cangüdən, çağdaş, bölgə, açıqca, soyad, soydaş, durum və s.

Neologizmlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn:

kompüter, mer, faks, menecer, biznesmen, ekologiya, spiker, investisiya, birja, distribüter, internet və s.

Bir sıra neologizmlər isə dilin öz daxili imkanları hesabına yaranır.

Neologizmlər bir müddət dildə işlənəndən sonra öz yeniliyini itirir və lüğət tərkibindəki adi sözlərdən seçilmir. Məsələn, bir vaxtlar neologizm hesab olunan telefon, təyyarə, radio, vertolyot və s. sözlər indi neologizm hesab edilmir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

4.4/5 - (146 голосов)

Вам может понравиться

loading...

7 comments

  1. Salam. Son vaxtlar dilimizdə çoxlu neologizmlər yaranıb. Kopi-pəst, kopirayt kimi. Əgər belə bir siyahı varsa bizimlə paylaşa bilərsiniz?

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: