Print

Terminlər

469 лайков 5 комментариев

Müxtəlif elm sahələrinə aid olan peşə və ixtisas sözlərinə terminlər deyilir.

Bir qayda olaraq, bu sözlər müəyyən elm sahələrində çalışan şəxslər tərəfindən başa düşülür. Hər bir elm sahəsinin özünəməxsus terminləri var. Məsələn, həkimvalidol, angina, pnevmoniya, hipertoniya; riyaziyyatçı: tənlik, çoxhədli, inteqral, sinus, tangens, bioloq: hüceyrə, sitoplazma, mitoxondri, xromosom; musiqiçi: piano, forte, soprano, bas, tenor sözlərini başqa ixtisas sahiblərinə nisbətən daha çox işlədir.

Terminlərin çoxu alınma mənşəlidir, ancaq milli mənşəli tenninlər də var. Milli mənşəli terminlər daha çox dilçilik, ədəbiyyatşünaslıq, tarix, fəlsəfə kimi humanitar fənlərlə bağlıdır.

Terminlər iki yerə bölünür:

  1. Yalnız termin kimi işlənən sözlər. Bu cür sözlər yalnız elm sahəsində işlədilir, bu sözləri həmin peşə-ixtisasla məşğul olan inasanlar anlayır. Məsələn, vegetasiya, tangens, loqarifma, sarkazm, difraksiya və s.
  2. Həm termin, həm də ümumişlək söz kimi işlənən sözlər. Bu cür sözlər isə hər kəs tərəfındən anlaşılır. Məsələn: sifət, bucaq, güc, təyin, vurma, qüvvə, sürət, tərəf və s.

Вам может понравиться

loading...

5 comments

Добавить комментарий для zehra Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *