Print

Ümumi və xüsusi isimlər

468 лайков 11 комментариев

İsimlər iki qrupa bölünür: ümumi isimlər, xüsusi isimlər. Ümumi isimlər eynicinsli əşyaların adını bildirir. Məsələn, kitab, ağac, ot, adam, ulduz, planet, balıq və s. Xüsusi isimlər tək olan varlıqların adını bildirir. Xüsusi isimlərə aşağıdakılar aiddir:

  • Ad, soyad, təxəllüs və ləqəblər. Məsələn, Könül, Təbriz, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Koroğlu, Qaçaq Nəbi və s.
  • Coğrafı və astronomik adlar. Məsələn, Türkiyə, Ağdanı, Kür, Nil, Pamir, Venera, Mars, Ay və s.
  • Qəzet və jumallara, əsərlərə, idarə və müəssisələrə, cəmiyyətlərə, bağ və xiyabanlara, gəmilərə, kafelərə və s. verilən adlar. Məsələn, «Azərbaycan» (qəzet), «Koroğlu» (opera), «Dumanlı Təbriz» (roman), «Vətən» (kinoteatr), «Neftçi» (idman cəmiyyəti), «LaIə» (kafe) və s.
  • Heyvanlara verilən adlar. Məsələn, Oyrat, Toplan, Məstan, Alagöz və s.

Xüsusi isimlərin sinonimi olmur. Cümlədəki yerindən asılı olmayaraq xüsusi isimlərin ilk hərfi böyük yazılır. Qəzet, jurnal, kitab, əsər, cəmiyyət, gəmi, kafe və s. adları dırnaq işarəsi içərisində yazılır.

Bəzi ümumi isimlər xüsusi isimlərə çevrilə bilir. Məsələn, şəfəq, sədaqət, ceyran, durna, sevinc və s. kimi ümumi isimlər ad bildirəndə xüsusi isim olur. Məsələn, Şəfəq, Sevinc, Sədaqət, Ceyran və s.

Xüsusi isimlər də ümumi ismə çevrilə bilir. Məsələn, Rentgen (alman alimi) rentgen (xüsusi şüalarla işıqlandınna), Badamlı (qəsəbə adı) – badamlı (mineral su) və s.

Vətən sözü ümumi isim olsa da, ölkənin adı əvəzində işlənərkən böyük hərflə yazılır. Məsələn, Biz Vətən (yəni, Azərbaycan Respublikası) qarşısında borcluyuq.

Yer, Ay, Günəş sözləri yalnız astronomik və coğrafi mənada işlənərkən böyük hərflə, qalan bütün hallarda isə kiçik hərflə yazılır. Məsələn: Ay və Yer birlikdə Giinəş ətrafında ildə bir tam dövr edirlər. Qızmar günəşin altında durmaq çətin idi. Təyyarə yerdən aralandı.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

11 comments

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: