Print

Mürəkkəb sözlərin əmələ gəlməsi və yazılışı

1.46K лайков 30 комментариев

Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir:

  1. Iki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s.

İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır. Lakin mürəkkəb saylar və mürəkkəb fellər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək və s.

  1. Yaxın mənalı sözlərin birləşməsi ilə. Məsələn: dəftər-kitab, taxta-şalban, söz-söhbət, toyuq-cücə, qoyun-quzu və s.

Bəzi mürəkkəb sözlərin tərəflərindən biri ayrılıqda işlənməyən sözlərdən əmələ gəlir. Məsələn, kağız-kuğuz, çör-çöp, bəzək-düzək, əzik-üzük və s.

  1. Antonim sözlərin birləşməsi ilə. Məsələn: böyük- kıçik, az-çox, tez-gec, isti-soyuq, gecə-gündüz və s.
  2. Eyni sözün təkrarı ilə. Məsələn: tez-tez, az-az, gündən-günə, başdan-başa, üz-üzə, birdən-birə və s.
  3. Qeyri sözünün köməyi ilə. Məsələn: qeyri-adi, qeyri-təbii, qeyri-müəyyən, qeyri-səmimi, qeyri-dəqiq və s.

Yaxınmənalı sözlərdən, antonim sözlərdən, eyni sözün təkrarından və qeyri sözünün köməyi ilə yaranan mürəkkəb sözlər defislə yazılır.

Mürəkkəb sözləri söz birləşmələri ilə qarışdırmaq olmaz. Söz birləşmələri leksik vahid yox, sintaktik vahiddir və onun tərkibindəki hər sözün öz vurğusu olur. Söz birləşmələrinə daxil olan sözlər ayrı yazılır.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

30 comments

    1. ❤️🧡💛💚💙💜🤍♥️💘💝💖💗💓💞💕💌💟❣️

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: