Print

Nitq normalarının tarixiliyi. Nıtq istisnaları

10 лайков Şərh yazmaq

Norma tarixi kateqoriyadır. İllər ötdükcə ədəbi dilin normasında əvvəlkindən fərqli müəyyən əlamətlər, keyfiyyətlər ortaya çıxır. Məsələn, 30-cu illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə göstərilirdi; 30-cu illərdən sonra isə həmin səs fonetik normativliyini itirdi.

Yaxud əvvəllər ədəbi dildə fəal işlənən sosializm, kommunizm, kolxoz, sovxoz və s. kimi sözlər indi fəal nitq prosesindən çıxmışdır.

Təbil ki,  ədəbi dilin normasında ümumilikdə daim sabitlik olur, lakin bu, nisbi sabitlikdir. Xüsusən leksik normada bu nisbilik özünü daha çox göstərir, lakin fonetik və qrammatik normalarda dəyişmə prosesi ləng gedir.

Nitq normalarının tarixiliyi ədəbi dilin inkişafının, təkmilləşməsinin nəticəsidir.

Nitq istisnaları.

Ədəbi dilin müəyyən mərhələsində norma ilə yanaşı, nitq istisnaları – qeyri – normativ hallar da olur.

Müasir ədəbi dilimizdə istisnslsr- qeyri -normativ hallar tarixi inkişafın nəticəsi kimi meydana çıxır. Nitq istisnaları iki halda  meydana çıxır:

  1. Öz dövrünü keçirmiş nitq vahidləri hər hansısa bir üslubda ilişib qalır;
  2. Yeni yaranmış nitq vahidləri bir müddət normal halına düşmür, yəni normativləşmir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: