Print

Morfemika. Sözün tərkibi

55 лайков Şərh yazmaq

Dil haqqında elmin sözün tərkibini (quruluşunu) öyrənən bölməsi morfemika (yunanca morfe – forma deməkdir) adlanır.

Dilin mənalı hissələri, yəni kök, leksik və qrammatik şəkilçilər ayrı-ayrılıqda morfem adlanır.

Sözün quruluşunu öyrənmək üçün onu tərkib hissələrinə ayırırlar.

Sözün ayrılıqda işlənə bilən və leksik mənaya malik olan hissəs kök adlanır. Sözün kökü ∏ işarəsi ilə göstərilir.

Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsi isə şəkilçi adlanır.

Məsələn, qapıçı sözündə qapı sözün kökü, -çı şəkilçidir. Azərbaycan dilində şəkilçilər, bir qayda olaraq, kökün axırına qoşulur.

Dilimizdə sözün əvvəlinə artırılan şəkilçilər də vardır. Bunlar alınma şəkilçilərdir: na, bi, ba, la, a, anti və s. Məsələn, narahat, laməkan, baməzə, bixəbər, anormal, antihumanist və s.

Şəkilçilər iki yerə bölünür: leksik şəkilçilər, qrammatik şəkilçilər.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: