Print

Sözün terminoloji funksiyası (termin)

30 лайков Şərh yazmaq

Sözün elmi üslubdakı əsas vəzifəsinə onun terminoloji funksiyası deyilir. Mətndə bilavasitə tərminoloji funksiya daşıyan söz, yaxud ifadələr termin adlanır.

Terminlər yalnız elmi üslub üşün xarakterikdir, elmi üslubu terminsiz təsəvvür etmək olmaz. Hər hansısa bir elm sahəsinə aid mətnləri terminlərsiz təsəvvür etmək mümkün deyil. Hər bir söz termin deyil. Termin müəyyən elm sahəsinə aid olub, ancaq həmin elmi bilənlərə məlumdur. Tərmin müxtəlif məna  çalarlarına malik deyil, yalnız bir anlayışı ifadə edir.

Dünya dillərinin bir çoxunda,  eləcə də Azərbaycan dilində alınma terminologiya milli terminologiyadan daha geniş yayılmışdır. Həm Şərq, həm də Qərb dillərinə məxsus terminlər dilimizdə üstünlük təşkil edir.

Müşahidələr göstərir ki, get – gedə dünyada elmi təfəkkürün inteqrasiyası güclənir – hər bir alim  çalışdığı sahə üzrə bütün kəşfləri, mülahizələri mənimsəməyə cəhd edir.

Ona görə də dünyanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid mühtəlifdilli məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Eyni zamanda hər bir xalqın alimləri öz araşdırmalarını vaxtlı-vaxtında dünyaya çatdırmalı olurlar.

Beləliklə, elmin dili getdikcə daha çox beynəlmiləlləşir ki, bu, özünü aşağıdakı sahələrdə göstərir:

  1. Beynəlmilət terminlər milli terminləri sıxışdırır.
  2. Elmi üslub get-gedə daha çox formullara, şərti işarələrə, digər vasitələrə meyl edir.
  3. Elmi məlumatların, müxtəlif araşdırmaların nəticələrini daha çox beynəlxalq dillərdə (məsələn, ingilis, alman, fransız, rus  və s.) elan edilir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: