Print

Sıra sayları

38 лайков Şərh yazmaq

Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab olur.

Sıra sayları miqdar saylarının sonuna -ıncı4 şəkilçisi artırmaqla düzəlir. Məsələn: beşinci, altıncı, yüzüncü və s. Sözün kökü saitlə qurtaranda şəkilçinin ilk saiti düşür. Məsələn: altıııcı, ikinci, yeddinci və s.

Əvvəl, axır, son, filan sözləri -ıncı4 şəkilçisi qəbul edərək sıra sayı kimi işlənə bilir. Məsələn: əvvəlinci (məsələ), axırıncı (hadisə), sonuncu (cərgə), filanıncı (il).

Sıra saylarının aid olduğu isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: 60-cı illər, birinci siniflər və s.

Sıra sayları sözlərlə, ərəb və roma rəqəmləri ilə yazıla bilir.

Sözlə yazılan sıra sayları: birinci, ikinci, onuncu və s.

Ərəb rəqəmi ilə yazıldıqda rəqəmin sonuna sözün son hecasına uyğun olaraq -cı4 şəkilçisi (-ıncı4 şəkilçisinin ixtisar forması) artırılır. Rəqəmlə yazılan sayın yanındakı şəkilçini yeni sətrə keçirmək olmaz. Ərəb rəqəmləri bəzən şəkilçi qəbul etmədən sıra sayı yerində işlədilir. Belə hallarda ondan sonra nöqtə və ya kiçik mötərizə qoyulur. Məsələn,

  1. Əliyeva Bahar          1)Əliyeva Bahar
  2. Hiiseynova İradə   2) Hııseynova İradə

Roma rəqəmlərindən sonra heç bir şəkilçi yazılmır.

Məsələn,

  • birinci              1-ci            I
  • dördüncü        4-cü         IV
  • on beşinci       15-ci        XV

Roma rəqəmləri 7 işarə ilə göstərilir:

  • I (1-ci),
  • V (5-ci),
  • X (10-cu),
  • L (50-ci),
  • C (100-cü),
  • D (500-cü),
  • M (1000-ci).

Digər rəqəmlər də bu 7 işarə vasitəsilə yaranır. Məsələn: XX (iyirminci), XXX (otuzuncu), XL (qırxıncı), LX (altmış- ıncı), XC (doxsanıncı), CD (dörd yiizüncü), DCC (yeddi yiizüncü), XIX(on doqquzuncu), CM (doqquzyüzüncü) və s.

Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir. Məsələn: Onbirincilər imtahana hazırlaşır və s.

Sıra sayları quruluşuna görə sadə olmur, ya düzəltmə, ya da mürəkkəb olur.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

4.7/5 - (13 голосов)

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: