Print

Rəsmi sənədlərin dili

30 лайков Şərh yazmaq

Dövlət, hökumət təşkilatlarının tərib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər rəsmi sənədlər adlanır.

Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s daxildir.

Bu sənədləri mütəxəssislər hazırlayır və həmin sənədlər müxtəlif səviyyələrdə müzakirə olunun qəbul edilir. Rəsmi sənədlər məzmuna malikdir və tarixi əhəmiyyət daşıyır.

Dövlətlərarası və dövlətdaxili münasibətlər rəsmi sənədlərdə tənzimlənir. Rəsmi sənədlərdə dilin  mükəmməlliyinə, fikrin aydınlığına, birmənalılığına, hüquqi əsaslılığına  xüsusi diqqət yetirilir. Sənədlərdə müxtəlif cür anlaşılan sözlər, cümlələr varsa, o sənəd nöqsanlı hesab  olunur.

Rəsmi sənədlər həcminə görə müxtəlif cür olur. Bir neşə sətirdən yaxud onlarla səhifədən ibarət sənədlər vardır. Rəsmi sənədlər  rəsmi informasiyanın düzgün çatdırılması  üçün  müəyyən bölmələrə,  maddələrə, bəndlərə ayrılır. Həcmcə kiçik, yaxud böyük olmasına baxmayaraq rəsmi sənədlərdə dil yığcamlığı əsas şərtdir.

Rəsmi sənədlər millətin rəsmi təfəkkürünü, dövlətçilik mədəniyyətini əks etdirir, bunun üçün də həmin sənədlərin mükəmməl təribinə xüsusi diqqət yetirilir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: