Print

Təyini əvəzliklər

133 лайка 8 комментариев

Təyini əvəzliklər əşyaları ümumi şəkildə müəyyən etmək üçün işlədilir. Təyini əvəzliklər bunlardır:

hər, hütün, fılan, eyni, öz.

Təyini əvəzliklər hansı? sualına cavab verir və cümlədə təyin vəzifəsi daşıyırlar.

Hər, bütün əvəzlikləri heç bir morfoloji dəyişikliyə məruz qalmır.

Eyni təyini əvəzliyi məhdud şəkildə morfoloji dəyişikliyə uğrayır. Məsələn: eynisi, eyniləri və s.

Öz təyini əvəzliyi digər təyini əvəzliklərdən fərqli olaraq, özündən sonra gələn sözün mənsubiyyət şəkilçisi ilə işlənməsini tələb edir: öz + kitabım, kitabınız, kitabı, kitabımız, kitabınız.

Öz təyini əvəzliyi şəxs əvəzliyinin yerində işlədilə bilir. Məsələn: Mən də bu fikirdəyəm – Özüm də bu fikirdəyəm.

Öz təyini əvəzliyi bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul edərək substantivləşə bilir. Substantivləşdikdən sonra hallana və cümlə üzvləri vəzifəsini daşıya bilir.

Adlıq özüm özümüz
Yiyəlik özümün ozumuzun
Yönlük özümə ozumuzə
Təsirlik özümü ozumuzu
Yerlik özümdə özümüzdə
Çıxışlıq özümdən özümüzdən

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

8 comments

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: