Print

Fel nitq hissəsi

28 лайков Şərh yazmaq

Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsi fel adlanır.

Fellər müxtəlif forma və zamanlarda işlədilən nə etmək? nə edir? nə etmişdir? nə etdi? nə edər? nə edəcək? və s. suallara cavab olur. Fellər zamana görə dəyişir, təsirli və ya təsirsiz olur, inkar və ya təsdiqdə olur, şəxsə və kəmiyyətə görə dəyişir, şəkil əlamətləri qəbul edir və s. Fel cümlədə daha çox xəbər vəzifəsində işlənir.

Bütün fellər üçün ümumi olan qrammatik məna hərəkət bildirməkdir. Lakin hərəkətin nədə təzahür etməsinə görə felləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. İş felləri əmək fəaliyyəti ilə bağlı hərəkətəri bildirir. Məsələn: rəngləmək, tikmək, sökmək, dağıtmaq, yağlamaq və s.
  2. Nitq felləri nitq prosesi ilə bağlı hərəkətləri bildirir. Məsələn: danışmaq, söyləmək, demək, qulaq asmaq, dinləmək və s.
  3. Təfəkkür felləri təfəkkür ilə bağlı hərəkətləri bildirir. Məsələn: düşünmək, anlamaq, bilmək, yada salmaq, xatırlamaq və s.
  4. Hal-vəziyyət felləri hal-vəziyyətlə əlaqədar hərəkətləri bildirir. Məsələn: kədərlənmək, sevmək, xəstələnmək, sağalmaq, bozarmaq, göyərmək və s.
  5. Hərəkət felləri yerdəyişməni bildirir. Məsələn: qaçmaq, gəlmək, getmək, gətirmək, aparmaq və s.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: