Print

Təsdiq və inkar fellər

100 лайков 1 Şərh

Hərəkətin baş verdiyini və ya baş vermədiyini bildirmək baxımından fellər iki yerə bölünür: təsdiq fellər, inkar fellər.

Təsdiq fellər hərəkətin baş vennəsini bildirir. Məsələn: oxumaq, yazmaq, anlamaq, sərinləşmək və s.

İnkar fellər hərəkətin baş vemədiyini bildirir və -ma2 şəkilçisinin köməyi ilə düzəlir. Məsələn: oxnmamaq, yazmamaq, anlamamaq, sərinləşməmək və s.

İndiki və qeyri-qəti gələcək zamanda işlənərkən -ma2 şəkilçisinin saiti düşür. Məsələn: gəlmir, oxumur, yazmır, dincəlmir, qalmaz, oxumaz və s. Nümunədən də göründüyü kimi qeyri-qəti gələcək zamanda sait düşməklə bərabər III şəxsin təkində və cəmində -ar2 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə çevrilir.

-ma2 omonim şəkilçidir: həm feldən isim, sifət düzəldən leksik şəkilçidir (bölmə, dondurma, aşırma, düzəltmə və s.), həm də felin inkar şəkilçisidir (bölmə, dondurma, aşırma, düzəltmə və s.).

Bəzi fellərin (felin lazım şəkli, bəzən də vacib şəkli) inkar forması deyil sözünün köməyi ilə düzəlir. Məsələn: gələn deyil, oxuyası deyil, bilən deyil, getməli deyil və s.

Felin inkar şəkilçisi -ma2 qrammatik şəkilçidir və vurğu qəbul etmir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

1 comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: