Print

İndiki zaman və Gələcək zaman

313 лайков 14 комментариев

İndiki zaman

İndiki zaman hərəkətin söhbət gedən vaxt icra olunduğunu bildirir. -ır4 şəkilçisi vasitəsilə yaranır. Məsələn: gəl+ir, ged+ir, bax+ır və s.

İndiki zamanda olan fellərin şəxsə və kəmiyyətə görə dəyişməsi aşağıdakı kimidir:

Mən yazıram                   Biz yazırıq
Sən yazırsan                    Siz yazırsınız
O  yazır                            Onlar yazırlar

Gələcək zaman

Gələcək zaman iki cür olur:

  1. Qəti gələcək zaman
  2. Qeyri-qəti gəbcək zaman

Qəti gələcək zaman.

Qəti gələcək zaman felə -acaq2  şəkilçisini artırmaqla düzəlir. Məsəbn: bax+acaq, otur+acaq, yaz+acaq, göstəir+əcək.

Qəti gələcək zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişir:

Mən alacağam                Biz alacağıq
Sən alacaqsan                Siz alacaqsınız
О alacaqdır                    Onlar alacaqlar

Qeyri-qəti gələcək zaman.

Bu zaman forması isə felə -at2 (-yar2) şəkilçisini artırmaqla düzəlir. Məsələn, oxu+yar, gör+ər, yat+ar və s.

Qeyri-qəti gələcək zamanda olan fellər aşağıdakı kimi şəxsə və kəmiyyətə görə dəyişirlər:

Mən baxaram                  Biz baxarıq
Sən baxarsan                  Siz baxarsınız
О baxar(~)                     Onlar baxarlar

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

14 comments

  1. Bu gün(18.o2.2020) dərsə yatıb qaldığıma görə getmədim.Bu gün müəllimə o dərsi keçib və qayda yazdırıbmış.Mən də bu qaydanı oxuyacam.Məncə ətraflıdır.

    1. Tərbiyəsiz! Qız uşağısan. Bu nə danışıqdır? Tərbiyəsizin biri tərbiyəsiz!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: