Print

İngilis dilini “Netflix”lə ən qısa zamanda necə öyrənmək?

18 лайков Şərh yazmaq

Bu postun müəllifi “Leonardo English” platformasının qurucusu və  “English Learning for Curious Minds” podkastlarının müəllifi Alaster Badcdır. Bu podkastın dünyanın 157 ölkəsində 100000 tələbə auditoriyası var.

Netflix”in təqdimata ehtiyacı yoxdur.

“Netflix”i dünyada yüz milyonlarla insan izləyir. Bu, ən yaxşı televiziya şoularının və filmlərin toplusudur. Onları yəqin ki, ana dilinizdə izləmisiniz, bəzi filmlərə hətta ingilis dilində də baxmış olarsınız. Yəqin ki, onların bəzilərini altyazı ilə, bəzilərini isə özünüzü çətinə salıb altyazısız izləmisiniz.

Burada sizə ingilis dilini sinifdən kənarda öyrənmək üçün “Netflix”dən necə istifadə etməyin yollarından bəhs edilir.

Başlamadan…

Bir çox insan üçün film izləmək əyləncə növüdür. Biz filmlərə əylənmək üçün baxırıq və düşünə bilərsiniz ki, ingilis dilində filmə baxmaq “ingilis dilini öyrənmə fəaliyyətiniz” hesab ediləcək. Buna görə də kitab oxumaq, podkastlara qulaq asmaq əvəzinə “Tiger King”i (“Kral Pələng”) izləyirsiniz.

Bu, ingilis dilini öyrənərkən insanların ən çox etdiyi səhvlərdən biridir. “Netflix” və TV mükəmməl ola bilər, amma bunlar çox passiv dil öyrənmə fəaliyyətləridir. Harvard universitetinin apardığı araşdırma göstərmişdir ki, yuxuda olduğunuz zaman beyniniz televizora baxdığınız vaxtdan daha aktiv ola bilər. Buna görə də bütün bu fəaliyyətlərin bərabər olduğunu düşünürsünüzsə, yanılırsınız. “Netflix”i izləmək əyləncəli ola bilər, amma bu, etdiyiniz daha “aktiv” öyrənmə fəaliyyətlərini (məsələn, podkastlar dinləmə) əvəz etməməlidir.

“Netflix”dən necə effektiv istifadə etmək olar?

Əvvəla, bu, əyləncəli və zövqvericidir. Daha çox baxmaq öyrənməni daha da asanlaşdırmaq deməkdir. İngilis dili öyrənmək yaxın məsafəyə qaçmaq deyil və “intensiv” fəaliyyətləri (məsələn, podkast dinləmə) daha az güc tələb edən fəaliyyətlərlə (məsələn, “Netflix”i izləmə) qarışdırmaq ingilis dili ilə tam əhatə olunmağın mükəmməl yoludur, amma çox yüklənməməyə çalışın. Biz hər şeyi heç vaxt 100 % öyrənə bilmirik (bu fəlsəfəni bəyənirsinizsə, “Laid Back Languages”in qurucusu Patı izləyin). Dil öyrənmə xoş səyahət kimi olmalıdır.

Aşağıda sizə “Netflix”lə işə başlamağınıza kömək edəcək bir neçə ipucu verilir:

  1. İngilis dilli altyazılardan istifadə edin.

Podkastlardan fərqli olaraq burada başa düşməyinizə kömək edən video var. Hətta dil öyrənməyə yeni başlayan biri (“beginner”) olsanız belə, ana dilinizdə altyazıdan istifadə etməyi bəhanə gətirməyin. Əvvəlcə çətin gələcək, amma məzmundan çox şey başa düşə biləcəksiniz.

İtalyan dilini öyrənərkən 18 yaşım vardı. İtaliyanın Peruca şəhərində nə ingilis, nə də italyan dilində danışa bilən bir alman oğlanla yaşayırdım. Mən də alman dilini bilmirdim. Hər zaman alman dilində “Unter Uns” serialına baxırdıq. Yeni başlayanda bir kəlmə də başa düşməsəm də sonradan sözləri daha tez tutdum.

Əgər orta və ya yuxarı səviyyədə danışırsınızsa və hələ də altyazıların köməyinə ehtiyac duyursunuzsa, onda onlara baxmamağa çalışın. Fikrinizi cəlb edə bilər, amma ekranın yuxarısına baxmağa çalışın və yalnız başa düşmədiyiniz bir şey varsa, onda altyazılara baxın. Həmişə yalnız altyazıları oxuyursunuzsa, bu zaman əslində beyninizi dinləməyə məcbur etmirsiniz və nə qədər yavaş irəlilədiyinizi görüb məyus olacaqsınız.

2. İngilis dilli altyazıları söndürün.

Baxdığınız filmdə və ya serialda baş verənlərin 80 %-ini başa düşə biləcəyinizi düşünürsünüzsə, altyazıları söndürün.

Bu, bir az daha əyləncəli ola bilər, amma öyrənmə baxımından daha sürətli inkişaf edəcəksiniz. Özünüzü danışılanların mənasını anlamağa məcbur edəcəksiniz və altyazıları oxumaq istəməyəcəksiniz.

Qeyd edək ki, yeni başlayanlar üçün eyni zamanda iki dildə — ingilis və ana dilinizdə altyazı təqdim edən Chrome “extension”u var. İlk baxışdan cəlbedici görünür. İstifadə etsəniz, razı qalacaqsınız.  Əgər həqiqətən də ingilis dilinizi inkişaf etdirmək istəyirsinizsə və altyazıya ehtiyacınız varsa, sizə özünüzü sırf ingilis dilinə kökləməyi tövsiyə edərdim. Başlamaq üçün özünüzü narahat hiss edə bilərsiniz, amma bu, 10 qat daha sürətlə irəliləməyinizə kömək edəcəkdir.

Вам может понравиться

loading...

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *