Print

Feli sifətin isimləşməsi

78 лайков 1 Şərh

Sifət və saylar kimi feli sifətlər də isimləşə bilir. Bu zaman feli sifətlər ismin xüsusiyyətlərini əks etdirir, yəni hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, qoşma ilə işlənə bilir, kim? nə? suallarına cavab verir, cümlənin mübtədası, tamamlığı olur və s. Məsələn: Yatmışları razı deyiləm kimsə oyatsın (M. Ə. Sabir). Ötənlər Sonanın özünə yox, onun xalçasına çox baxırdılar (M. Cəlal). Yana bilməyənlər yandıra bilməz. Qoşmalarla – oxuyan üçün, sevənlərə görə, yeməlilərdən başqa və s.

Feli sifət isimləşərkən felə və feli sifətə aid əlamətlərini, cümlədə təyin olmaq xüsusiyyətini, necə? nə cür? hansı? suallarına cavab vermək əlamətini qismən itirir.

İtirdiyi əlamətin əvəzinə isə əşya bildirmək xüsusiyyətini, ismi xəbər, mübtəda, tamamlıq olmaq xüsusiyyətini, ismin suallarına cavab vermək əlamətini, qoşma qəbul etmək əlamətini qazanır.

Ən çox -mış4, -acaq2, -mail2, -an2 şəkilçiləri ilə düzələn feli sifətlər isimləşir.

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

1 comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: