Print

Dərs 10.2 – Dativ və akkusativ önlükləri

1 лайк 1 Şərh

LEKTION 10.2 – Dativ und Akkusativ Präpositionen

Dativ və Akkusativ önlüklər deyərkən elə önlüklər başa düşülür ki, onlar bəzi hallarda ismin özündən sonra Dativ halda, bəzi hallarda isə Akkusativ hallarda olmasını tələb edirlər.

İndi isə gəlin bu “bəzi halları”, yəni eyni bir önlüyün nə vaxt Dativ, nə vaxt isə Akkusativ tələb etdiyini araşdıraq:
Bunun üçün əvvəlcə Dativ və Akkusativ hallarını tələb edən önlüklərin siyahısını nəzərdən keçirək:
harada?                    haraya?

in
an
auf
vor
hinter
unter
über
neben
zwischen
1. içində
1.yanında/yaxınlığında
1. üstündə
1. qarşısında
1. arxasında
1. altına
1. üzərində
1. yanında
1. arasında
2. içinə
2.yanına/yaxınlığına
2. üstünə
2. qarşısına
2. arxasına
2. altında
2. üzərinə
2. yanına
2. arasına

Cədvəldən gördüyünüz kimi bütün önlüklər 1. və 2. nömrələri ilə

1. yerlik / harada,
2. istiqamət / haraya bildirmək mənasında işlənirlər.

Elə bu xüsusiyyətlərinə görə də həmin önlüklər:

1. wo?,      yəni    harada?  sualına cavab verdikdə   Dativ,
2. wohin?, yəni    haraya?  sualına cavab verdikdə   Akkusativ tələb edirlər. Bəs wohin? və wo? suallarını nədən çıxış edərək veririk?
Bu sualı feldən çıxış edərək cümlənin objektinə vermək olar.

Beləliklə biz Dativ və Akkusativ halını tələb edən önlüklərlə tanış olduq və onların nə vaxt Dativ, nə vaxt Akkusativ halını tələb etdiklərini öyrəndik.

MƏNBƏ: www.deutsch.az

Если вы нашли ошибку, пожалуйста, выделите фрагмент текста и нажмите Ctrl+Enter.

Вам может понравиться

loading...

1 comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Сообщить об опечатке

Текст, который будет отправлен нашим редакторам: