Print

Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.

80 Bəyənmə Şərh yazmaq

Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir.

Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil.

Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı  uzun dövr ərzində xalq yaradıcılığının  ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir.

Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir.

Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar  müəyyən tarixi  təkamülün məhsuludur.

Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin  normaları deyilir.

Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan  fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu  əks etdirməsindən irəli gəlir.

Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır.

Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır.

Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (58 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: