Print

Əlavə cümlələr və əlavə sözlər. Söz – cümlələr

118 Bəyənmə 3 Şərh

Əlavə cümlələr ifadə olunan fikri dəqiqləşdirmək, şəxs, əşya hadisə haqqında əlavə məlumat vermək üçün işlədilir. Bunlar nitqdə haqqında əlavə məlumat vermək üçün işlədilir. Bunlar nitqdə xüsusi intonasiya ilə fərqləndirilir, yazıda isə, adətən, mütərizəyə alınır, bəzən də hər iki tərəfdən tire qoyulur. Məsələn, Mən qonşumuz Xanım xalanın (onun bizə qohumluğu da çatırdı) xətrini çox istəyirdim. Payızda (oktyabrın ortaları olardı) babamın vəziyyəti ağırlaşdı. Abbas müəllim – Allah ona rəhmət eləsin – hammının sevimlisi idi. Eyni müvqedə sözlərdən də istifadə edilir. Məsələn, Səbr və dua ilə (namazla) Allhdan kömək diləyin. O kəslər ki, Sənə göndərilənə (Qurani – Kərim dən). 

Əlavə sözlər cümlə üzvlərinin əlavəsinə oxşayir.

Söz – cümlələr

Bir sözdən ibarət olub üzvlənməyən cümlələrə sözcümlə deyilir.

Söz -cümlələr canlı danışıqda, dialoq və müsahibədə daha çox işlədilir. Məsələn,

  • Şeir xoşuna gəldi?
  • – Əlbəttə ki

Söz – cümlələr  təsdiq və inkar ədatları ilə, bəzi modal sözlərləı və nidalarla ifadə olunur.

Bəli, hə, yox, xeyr, əsla ədatları təklikdə işlənib  bütöv bir  cümləni əvəz edir və söz-cümlə olur. Məsələn,

  • Sən dünən gəlmişdin?
  • – Bəli (Dünən dərsə gəlmişdim). 
  • – Dərsə hazırlaşmısan?
  • -Xeyr (Dərsə hazırlaşmamışam) 

Bir sıra modal sözlər (əlbəttə, bəlkə də, şübhəsiz, sözsüz, yəqin ki və s) də təklikdə işlənib söz-cümlə olur. Məsələn,

  • – Onu bağında meyvə çoxdur?
  • -Bəlkə də.
  • Səməddən məktub alırsan?
  • -Sözsüz.

Nidalar (əhsən, afərin və s.) da təklikdə söz-ncümlə olur. Məsələn,

Söz cümlələrdən  sonra, əsasən, nöqtə, nida işarəsi, üç nöqtə, az hallarda isə sual işarəsi qoyulur. Məsələn,

  • – Sən də bundan istəyirsən?
  • -Bəli. Necə məgər?
  • -Məni məzuniyyətə buraxdılar.
  • -Nə?

Cavab cümlələrdə modal söz, ədat və nidaya bir üzvlənən söz, yəni mübtəda xəbər, tamamlıq və s. əlavə olunduqda belə, həmin cümlə söz – cümlə hesab olunmur. Məsələn,

  • Dərs deyirsiniz?
  • -Əlbəttə, deyirəm. 
  • Söz – cümlələr xitabla  da işlənə bilər, çünki  xitablarda üzvlənmə ünsürü yoxdur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (33 votes)

Digər maraqlı məqalələrimiz

loading...

3 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: