Print

Bədii üslub. Bədii üslub nədir?

197 Bəyənmə 1 Şərh

Bədill üslub milli bədii təfəkkürün ifadəsi olub obrazlı, emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin dilidir. Ədəbi dilin tarixində bədii üslub hər zaman aparıcı olmuşdur, müəyən mərhələlərdə isə bütövlükdə ədəbi dili təmsil etmişdir. Bədii üslub funksional imkanlarının genişliyinə görə bəzi hallarda ədəbi-bədii dil adlandırır. Bədii üslubda obrazlılıq əsas şərtdir. Yəni bu üslubda fikir obrazlı, tfadəli şəkildə verilir. Obrazılılıqdan isə emosionallıq – ekspressivlik yaranır. Obrazlı nitq emosional nitqdir.

Bədii üslubun obrazlılığı dilin müxtəlif səviyyələrində özünü göstərir:

  • fonetik səviyyədə;
  • leksik səviyyədə;
  • qrammatik səviyyədə.

Fonetik səviyyədə bədii üslubun götəriciləri alliterasiya, assonans, təkrar, intonasiyadır. Bunlardan alliterasiya, assonans, təkrar ritm yaradan vasitələrdir. Fonetik səviyyədə obrazlılıq daha çox səslərin hesabına yaranır.

Alliterasiya sözlərin əvvəlində eyni səslərin təkrarlanmasına deyilir.

Assonans sözlərin müxtəlif yerlərində səslərin ritm yaratmasıdır.

Leksik səviyyədə bədii üslubun göstəriciləri: epitet, təşbeh, mübaliğə, istiarə, kinayə, frazeologiya, omonimlik, sinonimlik, antonimlik,çoxmənalılıq və s. Leksik səviyyədə obrazlılılq ,əsasən, sözlərin köməkliyi ilə yaranır.

Qrammatik səviyyədə bədii üslubun göstəriciləri: söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiyalarının işlənməsi, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı) və s. Qrammatik səviyyədə obrazlılıq, əsasən,  cümlə ilə bağlı olur.Obrazlılığın fonetik, leksik və qrammatik səviyyələri bir-biri  ilə sıx bağlıdır.

Bədii üslub ümumxalq dilinə əsaslanır. Xalq təfəkkürünün məhsulu  olan sözlər, ifadələr, dialektizmlər bədii üslubda işlənir.

Bədii üslub aşağıdakı formalarda təzahür edir:

  • şeir dili;
  • nəsr dili;
  • dramaturgiya dili.

Şeir dili müəyyən süjetə malik təhkiyənin – hekayənin, povestin, romanın …. dilidir.

Dramaturgiya dili monoloq və dialoqlardan ibarət səhnə dilidir.

Ədəbi janrların müxtəlifliyi ədəbi-bədii dilin (bədii üslubun) imkanlarının genişlənməsinə gətirib çıxardır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (62 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: