Print

Cümlə, məqsəd və intonasiyaya görə cümlənin növləri. Nəqli cümlə

124 Bəyənmə 3 Şərh

İnsanlar arasında ünsiyyət, fikir mübadiləsi cümlələr vasitəsilə həyata keçirilir. Cümlələrlə ya müəyyən bir məlumat verilir, ya bir şey soruşulur, ya bir  işə təhrik edilir, ya da hiss – həyəcan ifadə olunur. Bütün bunların hamısında cümlə bitmiş fikir ifadə edir.

Cümlələr quruluşca sadə və mürəkkəb olur. Sadə cümlənin bir qrammatik əsası olur. Məsələn, Müəllim sinfə daxil oldu. Onlar birlikdə çox əyləndilər.

Mürəkkəb cümlənin isə iki və daha çox qrammatik əsası olur. Məsələn, Göyərtədə adam çox idi, lakin kimsə dinmirdi. Arabir göy guruldayır, yağış güclənirdi. 

Məqsəd və intonasiyaya görə cümlənin növləri. Nəqli cümlə

Hər bir cümlə müəyyən bir məqsədlə deyilir. Bu cəhətdən cümlə dörd yerə bölünür: nəqli cümlələr, sual cümlələri, əmr cümlələri, nida cümlələri.   

Nəqli cümlə hər hansısa bir hadisə, əşya, əlamət haqqında  məlumat vermək məqsədi ilə işlədilir. Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Məsələn, Aprelin axır günlərindən biri idi. Kişinin ona bərk acığı tutdu. Nərimanın həyəcandan rəngi qaçmışdı. Xəstəxanada içəriyə adam buraxmırdılar.

Digər cümlə növlərinə nisbətən nəqli cümlələr daha çox işlədilir. Nəqli cümlələrin sonunda nöqtə qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (155 votes)

Digər maraqlı məqalələrimiz

loading...

3 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: