Print

Dərs 1.1 – Alman dilində sait səslər

16 Bəyənmə Şərh yazmaq

LEKTİON 1.1 – die Vokale

Biz 1-ci dərsimizdə alman dilinin əlifbasının latın qrafikası ilə olan azərbaycan dili əlifbası ilə xeyli oxşar olduğunu demişik. Amma alman və azərbaycan sait səslərinin tələffüzündə də kifayət qədər oxşarlıqla bərabər fərqli cəhətlər də vardır.

Bunun üçün ilk öncə azərbaycan və alman dillərində olan sait səslərlə tanış olaq.

Azərbaycan dili Alman dili
a, o, ö, u, ü, i, e, ə a, ä, o, ö, u, ü, i, e

Fikir verirsinizsə hər iki dildə sait səslərin sayı eynidir. Amma azərbaycan dilində ə, alman dilində isə ä saitlər həm yazılışına, həm də tələffüzünə görə fərglənirlər. Azərbaycan dilinin saitlər sistemini bildiyimizə görə gəlin birbaşa alman dili saitlərinin işlənmə yerinə və hərf birləşmələrinə görə tələffüz qaydaları ilə daha yaxından tanış olaq.

Yadda saxlayın ki, alman dilində saitlər uzun və qısa tələffüz edilir.

Saitlərin uzun tləffüz edildiyi hallar

1. iki eyni sait qoşa gəldikdə, məsələn:

Staat – dövlət,
See – dəniz, göl,
Moor – müalicəvi palcıq və s.

2. saitdən sonra h hərfi gəldikdə, məsələn:

nehmen – götürmək
sehen – görmək, baxmaq
ahnen – əvvəlcədən his etmək, şübhələnmək
ohnehin – bunsuz da, onsuz da və s.

3. i saitindən sonra e hərfi gəldikdə i səsi uzun tələffüz edilir, məsələn:

dienen – xidmət emək
sie – o (qadın), onlar
Biene – arı və s.

Galan digər hallarda saitlər qısa və ya yarımqısa tələffüz edilir.

MƏNBƏ: www.deutsch.az

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.2/5 - (9 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: