Print

Dilimizin tərkibində özləşmə meyilləri. Qrammatik norma.

41 Bəyənmə Şərh yazmaq

Dilimizin lüğət tərkibində 60-ci illərdən başlayaraq özləşmə meyilləri(alınma sözlərin yerində millisini işlətmə meyli) müşahidə olunur. Təbiidir ki, bu meyillər hər zaman özünü doğrultmur. lakin özləşmə meyli dilimizi başqa dillərin təsirinə məruz qalmaqdan müəyyən dərəcədə xilas edir.

Özləşmə hər cür yeni söz yaradıcılığı demək deyil. Bu proses daha çox milli olmayan sözlərin işlədilməsi əleyhinə yönəlir, əvəzində isə həmin sözlərə qarşılıq tapmaqla məşğuldur. Dilin özləşməsi təbii yola aparılmalıdır.

Bu proses üç yolla gedir:

  1.  Hər hansı söz ustasının qədim mənbələrdən,  xalq dilindən söz götürməsi və yaxud da mövcud olan oxşarlıq əsasında söz yaratması yolu ilə;
  2. Cəmiyyətdə müəyyən hadisə ilə bağlı «söz partlayışı» yolu ilə
  3. Türk dillərinin təsiri ilə

Alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də baş vermiş və indiyə qədər işlətdiyimiz bəzi sözlər – qurultay, bildiriş, görüntü, başqan, seçki, ildönümü və s. bu cür yaranmışdır. Son vaxtlarda da bu qayda ilə bəzi leksik vahidlər yaranmışdır: çilmərlik, saxlanc (maliyyə termini kimi), əyləc  (tormoz), dönüm (mərhələ), dürlü (müxtəlif), qaynaq (mənbə), çaödaş (müasir), yüzillik(əsr),durum (vəziyyət),özəlləşmə (xüsusiləşmə) və s. Bu cür sözlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Bəzən isə dildən çıxmış sözlər yenidən istifadəyə verilir. Bu cür sözlər dirilən sözlər adlanır. Məsələn, yarlıq, ulus, ulu, dürlü,çavuş nəsnə və s.

Qrammatik norma.

Dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu təzahür etdirir, onun təbiətinə uyğun formada vəzifə daşıyır.

Qrammatik normanın tələblərindən biri də sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasıdır.

Bu əlaqələr düzgün qurulmadıqda şıfahı və yazılı nitqdə qrammatik səhvlər meydana çıxır. Bu cür səhvlərə yol verməmək nitq mədəniyyətinin mühüm şərtlərindən birini təşkil edir.

Qrammatik normalar dedikdə aşağıdakılar nəzərdə tutulur:

  1. Miqdar saylarından sonra gələn isimlər təkdə işlədilməlidir:  altı adam, bəş qələm (üç adamlar, bəş qələmlər desək, qrammatik norma pozulmuş olaçaq).
  2. Adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra  hal, ondan sonra isə xəbər kateqoriyasının əlaməti (şəkilçisi) artırılır: uşaq -lar-ınız-ın-dır; dost-lar -ımız -dan-sınız.
  3. Fel kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır: yan-dır-ıl-malı-dır: yu-yun-sa-nız; yaz-dır-ası-sınız
  4. Mübtəda və xəbər cümlədə şəxsə,müəyyən dərəcədə isə kəmiyyətə görə uzlaşır: Siz şagirdsiniz . Onlar valideyndirlər
  5. Cümlədə söz sırası gözlənilir. Əvvəl mübtəda,  sonra tamamlıq, daha sonra xəbər gəlir. Təyin təyin olunan cümlə üzvündən  əvvəl işlənilir, zərflik, əsasən, xəbərdən əvvələ düşür: Uşaqlar rəngli kitabları çox sevirlər.

Sözün düzgün tələffüz edilməsi,düzgün  yazılması fonetik normanın, sözlərin mənasından düzgün istifadə leksik normanın, həmin sözlərin nitqdə düzgün əlaqələndirilməsi isə qrammatik normanın tələbləridir.

Bələliklə, müasir Azərbaycana ədəbi dilinin  normaları müəyyən tarix çərçivəsində  bir sistəm olaraq fəaliyyət göstərir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (18 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: