Print

Feli bağlama

331 Bəyənmə 23 Şərh

Həm felə, həm də zərfə məxsus xüsusiyyətləri olan sözlər feli bağlama adlanır.

Feli bağlama əsas felin izahına xidmət edir və asılı olduğu feldən əvvəl gəlir.

Feli bağlamanın felə məxsus əlamətləri bunlardır:

  1. Hərəkət bildirir, leksik məna dəyişmir.
  2. Təsirli və ya təsirsiz olur:
    oxuduqda, gördükdə, yazıb, seçəndə – təsirli,
    gəldikdə, qayıdanda, yatarkən, gəlincə – təsirsiz.
  3. Təsdiq və ya inkarda olur: gəlincə – gəlməyincə, verəndə – verməyəndə, qaçanda – qaçmayanda, çatınca – çatmayınca və s.
  4. Növ bildirir:
    oxuyunca (məlum növ),
    oxununca (məchul növ),
    oxutdurunca (icbar növ),
    yuyunaraq (qayıdış növ),
    qaçışaraq (qarşılıq-birgəlik növ).
  5. Ətrafına söz toplaya bilir: biz bunu biləndə, məktubu oxuyaraq və s.

Bu zaman feli bağlama tərkib yaratmış olur və həmin feli bağlama tərkibi cümlənin mürəkkəb zərfliyi olur.

Feli bağlamanın zərfə aid əlamətləri bunlardır:

  1. Hərəkətin tərzini, zamanını, bəzən də səbəbini bil­dirir və zərfın suallarına cavab ola bilir:
    gülə-gülə (necə?) içəri girdi.
    Mən gələndə (nə zaman?) gec idi.
    Qız utanıb (nə üçün?) başını aşagı saldı.
  2. Əlaqəyə girdiyi feldən əvvəl gəlir.
  3. Cümlədə zərflik vəzifəsi daşıyır.

Cümlədəki əsas feli müxtəlif cəhətdən izah edir. Feli bağlama aşağıdakı şəkilçilərin köməyi ilə yaranır:

  1. -ıb4. Bu şəkilçi vasitəsilə yaranan feli bağlamalar bir neçə xüsusiyyətə malikdir:
    1. İş və hərəkətin əsas feldən əvvəl icra olunduğunu Nə zaman? sualma cavab verir: O, vətənində təhsilini başa vurub xaricə yola düşdü.
    2. Əsas feldəki hərəkətin tərzini bildirir. Bu zaman necə? nə cür? suallarına cavab olıır: O, gülümsəyib otaqdan çıxdı.
    3. Əsas feldəki hərəkətin səbəbini bildirir. Bu zaman isə niyə? nə üçün? suallarına cavab olur: Aygün anasını görüb sevindi.

Qeyd: Feli bağlama şəkilçisi olan -ıb4 nəqli keçmiş zamanın şəkilçisi ilə qrammatik omonimdir. Bu şəkilçiləri fərqləndirmək üçün bilmək lazımdır ki, nəqli keçmiş zaman şəkilçisi özündən sonra şəxs şəkilçisi qəbul edir və cümlənin feli xəbəri olur: Sən onu çox ucuz qiymətə alıbsan. Feli bağlama şəkilçisi olan -ıb4 isə şəxs şəkilçisi qəbul etmir, başqa bir felə aid olaraq zərflik vəzifəsində işlənir: O, bardaş qurub taxtda oturdu.

  1. -araq4. Bu şəkilçi vasitəsilə yaranan feli bağlamalar -ıb4 şəkilçili feli bağlamalara oxşardır. Bu şəkilçi də zaman, tərz və səbəb mənalarını ifadə edir: dayanaraq, bilərək, görərək, qaçaraq və s.
  2. -madan4. Bu şəkilçi vasitəsilə yaranan feli bağlamalar hərəkətin zamanını, tərzini bildirir: Suala düşünmədən cavab vermə. Onun haqqında bilmədən danışma.
  3. -a, -a. Təkrar olunan fellərə qoşulur və tərz mənasını bildirir: qaça-qaça, gülə-gülə, oynaya-oynaya və s.

Əsas felin zamanını bildirən və nə zaman? haçan? sualına cavab olan feli bağlamalar aşağıdakı şəkilçilərin köməyi ilə əmələ gəlir:

  1. -anda4gələndə, alanda, biləndə və s.
  2. -dıqda4 gördükdə, bildikdə, aldıqda, vurduqda və s.
  3. -arkən4 – qoyarkən, verərkən, oxuyarkən və s.
  4. -ınca4verincə, doyunca, qalınca və s.
  5. -dıqca4qəldikcə, qaldıqca, böyüdükcə və s.
  6. -ar , -mazgələr-gəlməz, bilər-bilməz, qoyar-qoymaz və s.

Feli bağlama şəkilçiləri qrammatik şəkilçilərdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.5/5 - (243 votes)

Digər maraqlı məqalələrimiz

loading...

23 comments

    1. 💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: