Print

İdarə əlaqəsi

152 Bəyənmə Şərh yazmaq

Tabeedici (əsas) sözün tələbinə görə tabe (asılı) sözün isvin adlıq halından çıxıb başqa hala düşməsi idarə əlaqəsi adlanır. Məsələn, qışa→ qalmadı, qayaya → söykənmişəm, işdən → dayıdəram, bağda → çalışırıq və s. Burada ikinci tərəfdə verilmiş sözlər (qalmadı, söykənmişəm, qayıdıram, çalışırıq) tabeedici sözlərdir. Bu sözlər tabe sözləri (qışa, qayaya, işdən, bağda) idarə əlaqəsi ilə özünə tabe etmişdir. 

İdarə əlaqəsində, bir qayda olaraq, tabe söz  tabeedicidən əvvəl gəlir, yəni birinci tərəf asılı, ikinci  tərəf isə əsas olur. İsmin hal şəkilçiləri idarə əlaqəsinin qrammatik göstəriciləri hesab olunur.

İdarə əlaqəsində əsas söz çox vaxt fel olur. Lakin əsas söz başqa nitq hissəsi də ola bilər. Məsələn, oxumağa başlamaq, yola yaxın, məndən böyük, kiçiklərə qayğı, səndən əziz, bizi görən, gözlərini çəkməyən və s. Bu əlaqədə asılı söz isim və ya substantivləşmiş başqa nitq hissələrindən ibarət olur. Məsələn, gözümdən → getməyir, məktəbdən → gəldi, xəstəxanada→növbətçiyəm, gedəni→ qaytar və s. 

İdarə əlaqəsi cümlə üzvlərinin – tamamlıq xəbər, yer zərfliyi ilə xəbər arasında olur. Məsələn, Çiçəyi → dərdi. Şəhərə → köçdü.

İdarə əlaqəi III növ təyini söz  birləşməsinin tərəfləri arasında da olur. Bu  vaxt yiyəlik halda olan söz asılı söz, mənsubiyyət şəkilçili söz isə əsas söz olur. Məsələn, ayın → işığı, dağın→ havası, şəhərin→ küçəsi, mənim → xalqım, Füzulinin → lirikası və s.

III növ təyini söz birləşməsinin tərəfləri arasında həm uzlaşma (II tərəfdə mənsubiyyət şəkilçisi olduğu üçün),  həm də idarə əlaqəsi ( I tərəfdə yiyəlik hal şəkilçisi olduğu üçün) olur, çünki bu söz birləşməsinin birinci tərəfi yiyəlik hallı sözdən, ikinci tərəfi isə mənsubiyyət şəkilçili sözdən ibarətdir. Məsələn,

Mənim yanaşma←idarə kitalarım

Bu söz  birləşməsində həm idarə, dəm də uzlaşma əlaqəsi var. Ona görə də uzlaşma əlaqəsinə görə I tərəf əsas, II tərəf isə asılı tərəfdir. İdarə əlaqəsinə görə isə II tərəf əsas, Itərəf asılı tərəf olur.

Hal şəkilçili sözlərdən sonra gələn qoşmalar arasında da idarə əlaqəsi olur. Yəni qoşmalar da özündən sonra gələn sözü  idarə edir. Məsələn, Zəhradan başqa, səndən əvvəl, dərsdən ötrü, məktəbə qədər və s. 

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (39 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: