Print

Nida. Azərbaycan dili

168 Bəyənmə 7 Şərh

Danışanın müxtəlif hisslərini sevinc, qorxu, həyəcan, təəccüb, kədər və s. bildirən sözlər nida adlanır.

Nidaların leksik və qrammatik mənaları yoxdur. Nidaları mınaca, şərti olaraq, aşağıdakı qruplara bölmək olar:

  1. Qorxu, narahatlıq bildirənlər: vay, oy, ox, ah, oh, uy, ax, of və s. Məsələn, Vay, yandım, mənə su…(Ə.H). Ah! mən onun yaxşılığı üçün nələır etmədim! Of, bilsəydim mən də onunla gedərdim.
  2. Şadlıq, sevinc, tərif bilirənlər: bəh – bəh, oxqay, mərhaba, ay can, afərin, ura, oho, paho və s. Məsələn, Oho… Saat on biri keçir. Ura, biz qalib gəldik. Oho.. Lap vaxtında gəlmişsiniz. Paho, xudaya, bu uşaq niyə gedib yatmır!
  3. Qəm, kədər bildirənlər: of, ah, eh, ox, uf, oy, vay və s. Məsələn, of, bilsəydim mən də onunla gedərdim. Ah, mən ora necə gedəcəyəm.
  4. Çağırış, yalvarış bildirənlər: ey, hey, ay haray, ay aman, a, huyy, ehey, ədə, dədə, ay qız, ay oğlan, ya və s. Məsələn, Ay aman, kömək edin. Ay qız, sən nə danışdığını bilirsən?
  5. Nifrət və və istehza bildirənlər: tfu, tüf, rədd ol, cəhənnəm ol, cəhənnəmə ki, lənətullax, xa-xa-xa, xux, bah, xox və s. Məsələn, Xa- xa-xa...Onlar bunu bacarmayacaq. Cəhənnəm ol, daha mən səni tanımıram.
  6. Təəcceb, heyrət, təəssüf bildirənlər: əfsus, heyhat, bıy, paho, pah atonnan, yoxa, bəs  belə, yox bir, ya səni, ay dədəm vay, əşi, əçç, heyif, can-can və s. Məsələn, Ay dədəm vay, biz bu işin içindən necə çıxacağıq? Əşi, fikir vermə.
  7. Ağrı bildirənlər: uf, ay – vay, Allah – Allah, of-of, dəhşət və s. Məsələn, Of-of.. Başım çox ağrayır. Uf, ürəyim sıxılır.
  8. Alqış məqamında işlənən nidalar: eşq olsun sağ ol, afərin, maşallah, barakallah və s. Məsələn, Afərin, sən dərsə yaxşı hazırlaşmısan. Eşq olsun, buradakı hər kəsə. Bun bölgü .ərtidir və eyni bir nida müxtəlif hissləri ifadə edə bilər. Nidalar sadə (ah, eh, ay, of, əşi və s.) və mürəkkəb (tərkibi) ay aman, ay can, xa-xa-xa, of-of, ay-vay) olur. Nidaların bir qrupu digər nitq hissələri ilə qrammatik omonimlik yarada bilir:

Ay- Həm isim ( Ay və Yer birlikdə Günəş ətrafında ildə bir tam dövr edirlər.), həm nida ( Ay kişi, daha bəsdir!) ola bilir.

Ox – Həm isim Artıq ox yayından çıxıb.), həm nida (Ox, necə yorulduğumu bir bilsən!) ola bilir.

Ax – Həm fel (Su kimi ax.), həm nida (Ax, o günlərim..)  ola bilir

Oy – Həm fel (Taxtanı yaxşı oy), həm nida (Oy, sən nə danışırsan?) ola bilir.

Nidalar cümlənin əvvəlində, ortasında və axırında işlənə bilər. Bütün nidalar ayrı yazılır. Cümlənin əvvəlində işlənən nidalardan sonra istonasiyadan asılı olaraq nida (yüksək tonla deyilərsə) və ya vergül (adi tonla deyilərsə) işarəsi qoyulur. Cümlənin ortasında  işlənən nidanın hər iki tərəfində vergül qoyulur. Cümlənin axırında işlənən nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur.

Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn, Ay Bəyim, hardasan?

Ey nidası ismə qoşumadan özü çağırış bildirdikdə ondan sonra verğül qoyulur. Məsələn, Ey, bura bax.

Nidalar dildə söz yaradıcılığında da iştirak edir. Məsələn, ah nidası həm fel kimi (ah çəkmək), həm də substantivləşərək isim kimi (ahın dağlara) işlənir.

Nidalarla yamsılamaları (təqlidi sözlər) qarışdırmaq olmaz.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (78 votes)

Digər maraqlı məqalələrimiz

loading...

7 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: