Print

Qoşmaların yazılışı. Sinonim qoşmalar

110 Bəyənmə 2 Şərh

Qoşmaların əksəriyyəti qoşulduğu sözdən ayrı yazılır.

  • İlə qoşması saitlə bitən sözlərə qoşulanda ayry yazılır, samitlə bitən sözlərə qoşulanda isə həm bitişik (-la), həm də ayrı yazıla bilir. Məsələn, atamla, Elçin ilə- Elçinlə və s.c
  • can2, -dək qoşmaları qoşulduğu sözlərə həmişə bitişik yazılır.Məsələn, evəcən, evədək, körpüyədək, göləcən və s.

Sinonim qoşmalar

Bir çox qoşmalar bir-biri ilə sinonimdir. Cümlədə onlardan birinin əvəzinə digərini işlətmək olar. Məsələn, O, tülkü hiyləgərdir cümləsindəki kimi qoşmasının yerinə onun sinonimi olan tək qoşmasını da işlətmək olar.

Bir-biri ilə sinonim olan qoşmalar aşağıdakəlardır:

  1.  Adlıq və yiyəlik halla işlənənlər: kimi – tək (bəzən də qədər). Məsələn, sənin kimi- sənin tək, quş  kimi – quş tək, gündüzlər kimi (qədər) və s.
  2. Yönlük halla işlənənlər: (qədər – kimi _dək-(can-); sarı – tərəf – doğru. Məsələn,
  • məktəbə qədər
  • məktəbə kimi
  • məktəbədək
  • məktəbəcən
  • evə sarı
  • evə tərəf
  • evə doğru

Çıxışlıq halla işlənənlər: əvvəl – qabaq; qeyri- başqa – savayı. Məsələn,

  • məndən əvvəl
  • məndən qabaq
  • səndən qeri
  • səndən başqa

Bunlardan əlavə ilə – ca2; qədər – ca2; görə-ca2 ,üçün- ötrü-görə qoşmaları da sinonimdir. Məsələn, yol boyu ilə – yol boyunca; dəryaca- dərya qədər; sözün mənasına görə növləri – sözün mənaca növləri; validəynlər üçün – valideynlərdən ötrü, mənim üçün – məndən ötrü-mənə görə.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (77 votes)

Digər maraqlı məqalələrimiz

loading...

2 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: