Print

Təyin budaq cümləsi. Zərflik budaq cümlələri.

32 Bəyənmə Şərh yazmaq

Təyin budaq cümləsi baş cümlənin isimlə (və ya isimləşmiş sözlərlə)ifadə olunmuş üzvlərindən birinə aid olub, onu izah edir və təyinin suallarına ( necə? nə cür? hansı?) cavab verir.

Baş cümlədə təyinin qəlibi, yəni işarə əvəzliyi işlənməvə də bilər. Məsələn, İnsan var ki, heç nəyi bəyənmir. Lakin buraxılmış qəlibi bərpa etmək və ya təsəvvür etmək mümkündür: Elə insan var ki, heç nəyi bəyənmir. Təyin budaq cümləs baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn, Televizorda elə verilişlər olur ki, adam baxmaq istəmir. O, elə adamdır ki, hər xırda şeyonu hövsələdən çıxara bilməz. Rasim həmin tələbədir ki, keçən il olimpiadada yüksək yer  tutmuşdu

Təyin budaq  cümləsi baş cümləyə bağlayıcısız, ancaq intonasiya ilə də bağlana bilir. Məsələn, Elə iş var, həvəslə yerinə yetirirsən.

Təyin budaq cümləsi baş cümləyə bağlayıcı söz vasıtəsilə də bağlana bilir. Bu zaman budaq cümlə birinci, baş cümlə ikinci gəlir. Məsələn, Nə qədər demişdinizsə, o qədər də kitab gətirdik. Necə istəmisən, elə də paltar gətirmişəm.

Zərflik budaq cümlələri baş cümlənin fellə  ifadə olunmuş xəbərini müxtəlif cəhətdən izah edir. Bubaxımdan zərflik budaq cümlələrinin aşağıdakı növləri vardır:

  1. Tərzi- hərəkət budaq cümləsi
  2. Zaman buda cümləsi
  3. Yer budaq cümləsi
  4. Kəmiyyət budaq cümləsi
  5. Səbəb budaq cümləsi
  6. Məqsəd  budaq cümləsi
  7. Şərt budaq cümləsi
  8. Qarşılaşdırma budaq cümləsi

Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin icra tərzini bildirir. O, baş cümlədə zərflik yerində işlənən elə, belə işarə əvəzliklərinin mənasım izah edir və necə? nə cür? suallarına cavab verir.

Tərzi – hərəkət budaq cümləsi baş cümlənin felki xəbərinə aid olur, adətən baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məsələn, İşini elə tut ki, (necə?) sonradan peşman olmaysan. Gəray elə yatmışdı ki, (necə?) heç top -tüfəng səsinə də oyanan deyildi.

Bezi hallarda tərzi-hərəkət budaq cümləsi  cümləyə elə bil, deyəsən,  guya (ki), sanki sözləri ilə bağlanır və baş cümlədəki hərəkətin tərzini müqayisə yolu ilə izah edir.

Məsələn, O, özünü elə aparırdı,  elə bil,  heç nə olmamışdı. Rasimə eləı gəldi ki, deyəsən, onu izləyirlər. Qayıq elə qalxıb yenirdi ki, sanki başımız buluda dəyirdi. Bəzi hallarda isə budaq cümlə ismi xəbərlə əlaqələnir və dərəcə, çalarına malik olur. Məsələn, Şəkil o dərəcədə ( nə dərəcədə?)gözəl və təbii idi ki, adam gözünü çəkmək istəmirdi. Elə əsəbidir ki, dindirmək olmur. Tərzi-hərəkət budaq cümləsi baş cümlədən əvvəl də gələ bilir, ancaq bu zaman ona bağlayıcı sözlərlə  necə,nə cür, necə ki, hər necə) bağlanır. Baş cümlədə isə qarşılıq bildirən elə, eləcə də, o cür sözlərindən biri işlənir. Məslən, Ürəyin necə istəyir, elə də geyin. Kim necə istəyirdisə, eləcə də yaşayıb işləyirdi.

Zaman budaq cümləsi baş cümlədəki hərəkətin baş vermə, davam etmə vaxtını bildirir və zaman zərfliyinin suallarına (nə vaxt? nə zaman? haçan?) cavab verir. Bir sıra budaq cümlələr kimi zaman budaq cümlələri də baş cümlədən həm əvvəl, həm də sonra gələ bilir.

Zaman budaq  cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlandıqda baş cümlə btrtnct, budaq cümlə  isə ikinci gəlir. Bu  zaman budaq cümlə baş cümlədəki onda o vaxt zaman sözlərinin mənasını izah edir. Məsələn, Mən səni onda tanıdım ki, (nə vaxt?) sənə bir dəfə işim düşmüşdü. Hüseyn bu sözü onda dedi ki, Heydər kişi onlara tərəf gəlirdi. Əksər hallarda zaman budaq cümləsi baş cümlədən əvvəl gəlir və jna ki bağlayıcısı və ya o zaman ki, o gün ki, o vaxt ki, elə ki, haçan ki və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə qarşılıq bildirən onda, o vaxt, o zaman sözü işlənir (işlənməyə də bilər) və ya təsəvvür edilir. Məsələn, İçəri təzəcə girmişdim ki, telefon zəng çaldı. Elə ki dostumu gördüm, kövrək hisslər qəlbimi bürüdü. Elə ki ora çatdıq, onda bütün yorğunluğum çıxdı.Adətən ki bağlayıcısı ilə bağlanan budaq cümlələr baş cümlədən sonra gəlir. Yegana budaq cümlədir ki, baş cümləyə ki bağlayıcısı ilə bağlandıqda baş cümlədən əvvəl gəlir. Belə cümlələrin əvvəlində elə, yenicə, təzəcə, indicə sözləri ya işlənir, ya da təsəvvür edilir. Məsələn, Elə ki məclis qurtardı, hamı evinə getdi. Təzəcə çatmışdım ki, məni yenidən çağırdılar. İndicə söhbətə başlamışdım ki, qız ağlamağa başladı.

Yer bbudaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və hara? haraya? harada? haradan?  suallarından birinə cavab olur. Yer buddaq cümləsi baş cümlədən əvvəl gəlir və ona hara, haraya (ki), harada(ki), haradan(ki) və bəzəndə o yerə ki, o yerdən ki, bir yerdən ki və s.  bağlayıcı  sözlərələ bağlanır. Məsələn, Haranı ki suvarırlar (harada?), orada məhsul bol olur. Bir yerə ki sən gedəsən (haraya?), mən oraya ayaq basmaram. Haraya ki səni dəvət etməyiblər (haraya?) oraya getməyin məsləhət deyil.

Baş cümlədə oraya, orada, oradan sözü  qarşılıq söz kimi işlənə də bilər, işlənməyə də bilər. Məsələn,  O yerdə ki təmizlik var, orada xəstəlik olmaz. O yeraə ki ürək var, orada xoşbəxt yaşayış var.

Bəzən yer budaq cümləsinin xəbərinə – sa şərt şəkilçisi artırılır. Məsələn, Sənə haranı göztərsələr (harada?), orada da əyləş. Hara baş çəkdimsə (harada?), heç yerdə onu gördüm deyən olmadı.

Kəmiyyət budaq cümləsi baş cümlədəki hal, hərəkət və ya əlamətin miqdarını bildirir və nə qədər?  sualına cavab verir.

Kəmiyyət budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona nə qədər (ki), hər nə qədər bağlayıcı sözləri  ilə bağlanır . Baş cümlədə isə bu  sözlərə  uyğun olaraq o qədər(də), bir o qədər,  bir elə qarşılıq sözləri işlənir və budaq cümlə vasitəsilə izah olunur. İşlənmədikdə isə bərpa etmək mümkündür. Məsələn, Sən nə qədər istəmişdin ( nə qədər?), mən də o qədər gətirmişəm. Nə qədər çox işləsən ( nə qədər?), əmək haqqın da o qədər yüksək olar. Bəzən baş cümlədə  budaq cümlənin izah etdiyi o qədər sözü buraxılır (lakin təsəvvür edilir) Məsələn, Nə qədər bacarırsan, (bir o qədər) çoxlu məşq elə. Səbəb budaq cümləsi baş cümlədəki hal və ya hərəkətin səbəbini bildirir, niyə?  nə üçün? nə səbəbə? nəyə görə? suallarından birinə cavab verir.

Səbəb budaq cümləsi baş cümlədən sonra gəlir və baş cümləyə ki, çünki, ona görə ki, ondan ötrü ki, o səbab ki bağlayıcıları ilə bağlanır. Məsələn, A tfm işə getməmişdi (nə üçün?) çünki xəstələnmişdi. Mən ev tapşırıqlarını yerinə yetirə bilmədim, (nə üçün?)  çünki axşam  işıqlar sönmüşdü. Aslan  müəllim fəxr  edirdi ki (nə üçün?) şagirdlərinin hamısı ali məktəblərə gəbul olunublar.

Baş cümlədə ona görə, ondan ötrü, o səbəbə və s. qəlib sözlər işlənir. Bu sözlər işlənməyə də bilər. Məsələn, Ona görə sevinirəm ki, bu il ali məktəbə qəbul olmuşam . Ondan ötrü gəlmişəm ki, səni aparım.

Səbəb budaq cümləsinin xəbəri əksər hallarda felin xəbər şəklində olur və onun ifadə etdiyi iş və ya hərəkət baş cümlədəki iş və ya hərəkətdən əvvələ aid olur. Səbəb budaq cümləsi feli sifət terkibi və qoşma şəklində sadələşir.

Məsələn, Mən ev tapşırıqlarını yerinə yetirə bilmədim çünki axşam işıqlar  sönmüşdü. Axşam işıqlar söndüyü üçün mən ev tapşırıqlarını yerinə yetirə bilmədim.  Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə  üçün? nəyə görə? nə məqsədlə? suallarından birinə cavab verir.

Məqsəd budaq cümləsi baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı və intonasiya ilə bağlanır. Məsələn, Mən yaxına gəldim ki, (nəyə görə?) onun səsini yaxçı  eşidim. Dostum kəndə gedir ki, (nə üçün?) babasına baş çəksin.

Baş cümlədə onun üçün, ondan ötrü ki, ona görə, o  məqsədlə gəlib sözləri işlənir. Bəzi hallarda gəlib sözlər işlənməyə də bilər. Məsələn, Biz bura  ona görə gəldik ki, nə məqsədlə? oğlunuzu  aparaq. Evə (ona görə)  gəldi ki, əşyalarını götürsün.

Məqsəd budaq cümləsinin xəbəri felin arzu və ya əmr şəklində olur, onun ifadə etdiyi hərəkət baş cümlədəki hərəkətdən sonraya aid olur. Səbəb budaq cümləsi məsdər tərkibi və qoşma şəklində sadələşir. Məsələn, Mən gecəgündüz oxuyurdum ki, imtahandan yüksək qiymət alım İmtahandan yüksək qiymət almaq üçün gecə-gündüz oxuyurdum. Səbəb budaq cümləsim ilə məqsəd budaq cümləsi birbirinə oxşayır, onları fərqləndirmək üçün məna çalarlarına diqqət yetirmək lazımdır. Yəni səbəb budaq cümləsi səbəb, məqsəd budaq cümləsi də məqsəd bildirir. Bunlar arasındakı ferqlərdən  biri də odur ki, səbəb budaq cümləsindəki  iş  baş cümlədəki işdən əvvələ, məqsəd budaq cümləsindəki iş işə baş cümlədəki işdən sonraya aid olur. Məsələn, Gülər  ona görə belə təz getdi ki, (nə səbəbə?)  anası onu danlamıdı – səbəb budaq cümlə; Gülər ona görə belə tez getdi ki, (nə məqsədlə?) anasının əsəbiləşdiyini görməsin – məqsəd  budaq  cümləli tabeli mürəkkəb cümlə.

Səbəb budaq cümləsinin xəbəri çox vaxt felin xəbər şəklində, məqsəd budaq cümləsinin xəbərin isə əksər hallarda  felin əmr və ya arzu şəkillərndə  olur.

Səbəb budaq cümləsi feli sifət tərkibi və qoşma şəklində, məqsəd budaq cümləsi isə məsdər terkibi və qoşma şəklində sadələşir. Məsələn, Gülər ona görə belə təz getdi ki anası onu danlamışdı Anası onu danladığı üçün Gülər bələ təz getdi; Gülər ona görə  belə  tez getdi ki, anasının əsəbiləşdiyini görməsin – Anansının əsəbiləşdiyini görməmək üçün Gülər  belə təz getdi.

Tabeli mürəkkəb cümlənin səbəb və ya məqsəd olduğunu bilmək üçün ən məqsədəuyğun yol cümləyə nə məqsədlə? sualını verməkdir. Bu suala cavab verməyən cümlə səbəb  budaq cümləli tabəli mürəkkəb cümlədir.

Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab verir. Şərt  budaq cümləsi baş cümlənin müəyyən bir üzvünə deyil onun ümumi məzmununa aid olur və onu izah edir. Şərt budaq cümləsi baş cümlədən əvvəl gəlir, baş cümləyə şərt şəkilçisi (-sa), -(mı) ədatı ilə, və ya şərt bağlayıcıları (əgər, hərgah, indi ki, madam ki və s.) ilə bağlanır. Məsələn, Əgər iclas başlayıbsa, içəri kəməyəcəm. Bir qədər də çalışsaq, işi vaxtında təhvil verərik. Hərgah səbr etsəniz, dediklərimin doğru olduğunu görərsiniz. Bunu bir dəfə etdimi, həmişə adəcək. Nəyə əl atdımsa, boşa çıxdı.

Şərt budaq cümləsi baş cümlədən sonra da gələ bilir, bu zaman bu cümləyə ki bağlayıcısı ilə bağlanır və belə cümlələrdə bu şərtlə ki əvəzlik qəlibləri işlənir.Məsələn, Səni bağışlayıram, bir şərtlə ki, hər şeyi boynuna alasan. Sənin evini za vaxt ərzində satmaq olar, bu şərtlə ki, bir az aşağı qiymət qoyasan. Baş cümləyə yalnız intonasiya vasitəsilə baəlanan şərt budaq cümləli tabeli mürəkkəb cümlələr də var. Məsələn,  Çox oyan-buyan edər, işi məhkəməyə verərik. Bu sənə bəs eləmir, yenisini al. Onu istəmirsən, yanında da olma. Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr də sadələşə bilir.Məsələn, Səni görməsəm, ürəyim rahat olmayacaq – Səni görmək sərti ilə ürəyim rahat olacaq.

Qarşılaşdırma budaq cümləai baş cümlənin ümumi məzmununa aid olur, onun məzmunu baş cümlənin məzmununa qarşı qoyulur və budaq cümlə güzəştə gedir. Bələ cümlələr şərti olaraq nəyə baxmayaraq? sualına cavab verir. Qarşılaşdırma budaq  cümləsi baş  cümlədən əvvəl gəlir. Baş cümləyə -sa .əkilçisi +da, belə ədatı, nə qədər bağlayıcı sözü ilə bağlanır. Məsələn, Alatoranlıq olsa da , qarşıma çıxanları tanıyırdım . Sən nə qədər çalışsan da, onu yolundan döndərə bilməyəcəksən. Qarşıma sən çıxsan belə, mən qorxmayacam. Nə qədər dedim, eşitmədi.

Qarşılaşdırma budaq cümləsində  hərçənd, hərçənd ki bağlayıcıları, düzü, doğrusu, düzdür, dağrudur modal sözləri, baş cümləsində isə amma, ancaq, lakin tabesizlik bağlayıcıları işlənir. Məsələn, Hərçənd  Aslan da uşaq idi, ancaq o birilərindən seçilırdı. Hərçənd bir qədər yorulmuşam, ancaq işi axıra çatdırmalıyam. Doğrudur, tutduğun iş düz deyil, amma bunu etmək məcburiyyətindəsən.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

2.8/5 - (5 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: