Print

Tabeli mürəkkəb cümlələr

37 Bəyənmə Şərh yazmaq

Tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən müstəqil, digəri isə ondan asılı olan mürəkkəb cümlə tabeli mürəkkəb cümlə adlanır. Müstəqil olan cümlə baş cümlə, ona tabe olan cümlə isə budaq cümlə (O) adlanır.

Tabeli mürəkkəb cümlədə budaq cümlə baş cümləyə aid  olub onu müxtəlif cəhətdən izah edir. Budaq cümlə ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Budaq cümlə baş cümləyə bir sıra vasitələrlə bağlanır.

 

  1. Budaq cümlə baş cümləyə tabelilik bağlayıcıları ( ona görə ki, çün ki, odur ki, əgər, madam ki, yoxsa, sanki, guya ki, elə bil ki və s.) ilə baağlanır. Belə budaq cümlələr baş cümlədən həm əvvəl, həm də sonra işlənə  bilir. Məsələn, O, bir neçə gün idi ki, özünü pis hiss edirdi. Əgər bizimlə  gedəcəksənsə, bəri başdan fikrini bildir. Onunla heç kəs işləmək istəmirdi, çünki özünü etibarsız adam kimi tanıtmışdı. 

Ki bağlayıcısından başqa qalan tabelilik bağlayıcıları, bir qayda olaraq, budaq cümlədə işlənir. Ki bağlayıcısı, əsasən, baş cümlə ilə budaq cümlə arasında işlənir.

Aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanan tabeli mürəkkəb cümlələrdə baş cümlə birinci gəlir. Adətən ki bağlayıcısı baş cümlədən sonra işlənir. Tərkib hissələri güzəşt və şərt bağlayıcıları ilə bağlanan tabeli mürəkkəb cümlələrin budaq cümləsi birinci işlənir.

Budaq cümlə baş cümləyə kim, nə, necə, nə, cür, hansı, neçə, nə qədər, nə vaxt, haçan, hara və s. əvəzliklərlə- bağlayıcı sözlərlə (sual əvəzlikləri ilə) bağlanır. Bağlayıcı sözlər çox  vaxt ki ədati ilə birlikdə işlədilir: kim ki, kimə ki, kimi ki, nəyi ki, niyə ki, nə cür ki, hansı ki, nə qədər ki, nə vaxt ki, hara ki, vəs. Bağlayıcı sözlərin köməyi ilə qurulan mürəkkəb cümlələrdə budaq cümlə bir qayda olaraq baş cümlədən əvvəl gəlir. Məsələn, Kim ki çox oxuyur, imtahandan yaxşı qiymət alır. O, haraya gedir, məni də özü ilə aparır. Hansı sualları bilirdim, onlara cavab verdim.

Bağlayıcı sözlərlə işlənən ki ədatından sonra  vergül qoyulmur.

Bağlayıcı sözlər cümlə üzvü olur: birinci  misalda kim mübtəda, ikinci cümlədə haraya – yer zərfliyi, üçüncüdə hansı – təyindir.

Budaq cümlə baş cümləyə -sa- şəkilçisi və – mı ədatı vasitəsilə bağlanır. Belə budaq cümlələr baş cümlədən əvvəl gəlir. Məsələn, Gün çıxsa, hava bir qədər isinər. Atan gəlməsə, bizimlə gedərsən. Bir hadisə baş verdimi, bizə xəbər göndər. 

Budaq cümləsi baş cümləyə bu vasitə ilə bağlanan tabeli mürrəkkəb cümlələrdə budaq cümlə baş cümlədən əvvəl gəlir

Budaq cümlə baş cümləyə yalnız intonasiya  ilə də bağlana bilir. Məsələn,  Adam var, heç nəyi bəyəndirmək olmur. Onun xasiyyəti belədir, gərək xətrinə dəyməyəsən.

İntonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə, əsasən, baş cümlə birinci işlənir. Lakin intonasiya ilə bağlanan şərt budaq cümlənin tərkib hissələri arasında yazıda vergül qoyulur.

Budaq cümlə ba. cümləyə ki, çünki, ona görə ki, ona görə də bağlayıcıları ilə bağlanan  zaman ki bağlayıcısından sonra, o biri bağlayıcılardan isə əvvəl vergül qoyulur.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4/5 - (30 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: