Print

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri

156 Bəyənmə 1 Şərh

Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr arasında aşağıdakı məna əlqələri mövcuddur:

  1. Zaman əlaqəsi
  2. Ardıcıllıq əlaqəsi
  3. Səbəb – nəticə əlaqəsi
  4. Aydınlaşdırma əlaqəsi
  5. Qarşılaşdırma əlaqəsi
  6. Bölüşdürmə əlaqəsi

Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrində bəhs olunan hadisələr eyni zamanda baş verir. Buna görə həmin cümlələrin xəbərləri eyni zaman formasında olur. Məsələn, Şiddətli külək əsir, güclü yağış ara vermirdi. Mən sabahkı dərslərimə hazırlaşram, babamla kiçik qardaşım isə televizora baxır. Yavaş – yavaş qaranlıq düşür və yağış güclənirdi.

Zaman əlagəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri ya da intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır. Məsələn, Nə o məni  dindirir, nə də mən onu danışdırırdım: Hava qızır və qar əriyirdi – bağlyıcı vasitəsilə; Qadının dili qurudu, gözləri yandı dodağı titrədi; Müəllim dərsi danışır, uşaqlar da diqqətlə qulaq asırdılar – sadallama untonasiyası vasitəsilə.

Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hiaaələrinin yerini mənası dəyişmir.

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrində baş verən hadisələr müəyyən ardıcıllıqla baş verir. Birinci cümlədə əvvəl  ba. verən hadisədən, ikinci cümlədə isə sonra baş verən hadisədən danışılır. Xəbərlər eyni zaman formasında olur. Məsələn, Qapı açıldı, babamgülə-gülə içərı daxil oldu. Zəng çalındı müəllim sinfə daxil oldu və dərs  başlandı. O, stulu altına çəkib əyləşdi və cibindən ərizəni çıxarıb bir də nəzərdən keçirdi.

Ardılıcılaq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib  hissələri bir – birinə daha çox sadalama intonasiyası ilə bağlanır. Məsələn, Qapı açıldı, içəri bir kişi daxil oldu. Həyətdə daşlar düzüldü, ocaqlar  qalandı, yeməklər bişirildi. Axşam düşür, insanlar  işdən evə gedirlər.

Bu mürrəkkəb cümlələrin tərkib arasında birləşdirmə bağlayıcısı da işlənir. Məsələn, Qapı döyüldü və  Nərgiz qapıya tərəf qaçdı. Gecə keçmiş və səhər açılmışdı.

Səs getdikcə yaxınlaşır və bir an sonra meşədən iki qoşuku bir araba çıxır.

Səbəb – nəticə əlaqəli mürəkkəb cümlələrin tərkib hissələrindən dirincisində behs olunan  hal və hərəkətin səbəbi, ikincisində isə onun nəticəsi bildirilir. Məsələn,

Günəş çıxdı hər tərəf işıqlandı. Dərsə yaxşı hazır deyildim və yaxşıca danlandım. Qarşıdan gələn maşınların işığı  gözümə düşür, yolu yaxşı görə bilmirdim.

Səbəb -nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir – birinə intonasiya və tabesizlik bağlayıcıları ilə bağlanır. Məsələn, Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır. Elektrik məftilləri qırıldı, işıqlar söndü intonsiya vasitəsilə; Uşaq diksindi və oyuncaq əlindən yerə düşdü. Həm güclü külək əsmişdi, həm də ağacdakı meyvələr yerə tökülmüşdü – bağlayıcılar vasitəsilə.

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrə oxşayır. Hər iki cümlədə iş ardıcıl baş verir. Bu cümlələrin fərqi ondan ibarətdir ki səbəb – nəticə əlaqəli mürəkkəb cümlələrdə bir kortəbilik var və bu cümlələrin birinci hissəsində işin səbəbi, sonrakı cümlədə isə onun nəticəsi göstərilir. Ardıcıllıq əlaqəli taabesiz mürəkkəb cümlələrdə isə işin ardıcıl icrası öz əksini tapır. Ardıcıllıq əlaqəli cümləlırdə hadisənin biri tam bitdikdən sonra  digəri başlyır. Səbəb – nəticə əlaqəli cümlələrdə isə nəticənin alınması üçün birinci cümlədəki işin bitməsi, tamamlanması vacib deyil. Məsələn, Lampalar söndü, kino başlandı – ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə: Kazım yorğanın ucunu qaldırdı, uşağın üzü görsəndi – səbəb- nəticə əlaqəli tabesiz mürəkkəb cümlə.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümləni əmələ gətirən saadə cümlələrdən birində bəhs olunan hadəsənin digərində müxtəlif cəhətdən izah edildiyi, aydınlaşdırıldığı bildirilir. Bir qayda olaraq, ikinci yerdə duran cümlə birincini izah edir. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında əsasən iki nöqtə, tərkib hissələrindən birində vergül olduqda isə nöqtəli vergül qoyulur. Məsələn, Tikintidə qızğın iş gedirdi; bənnalar divar hörür, fəhlələr daş daşıyır, palçıq qatırdı. O, fikirləşdi: yəqin bu gün iş olmayacaq. Səfər əliboş getmirdi: mağazaya dönüb uşaqların hamısına hədiyyə almışdı.

Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb  cümlələr bir-birinə daha çox intonasiya vasıtəsilə bağlanır. Məsələn. Qız dərin fikrə getdi: bu işi kim etmiş olar?

Bəzən isə aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bağlayıcısı olzn yəni işlənir. Məsələn, Onun halı pis idi, yəni hərarəti getdikcə artırdı.

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində baş verən hal, hərəkət və ya  hadisələr bir-birinə qarşı qoyulur. Belə mürəkkəb cümlələri əmələ  gətirən sadə  cümlələr aarasında qarşılaşdırma bağlayıcılrı və bununla belə, yenə də və s. baağlaayıcı sözlər işlədilir. Məsələn, Əki kişi atın yüyənini çəkdi, lakin at ağzını sudan çəkmək istəmirdi. O, bütün günü oturmamışdı bununda belə işin çoxu hələ dururdu. Gün doğub qalxmışdı, amma çobanlar sürünü arxacdan tərpətməmişdi. Qarşılaşdırma  əlaqəli tabesiz mürəkkəb cümlələrin  tərkib hissələri antonim sözlərlə də əlaqələnə bilir. Məsələn, Mən əliaçıq  insanam, o isə xəsisdir. Dostu hündür, arıq adam idi, özü isə  alçaq, dolu idi.

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələrdə hadisələr yaa növbə ilə bir-birini əvəz edir, ya da bir neçə hadisədən birinin mümkünlüyü ifadə olunur. Belə cümlələr bölüşdürmə bağlayıcılarının  köməyi ilə yaranır. Məsələn, O gah gedir, gah da dayanıb nəfəsini dərirdi. Ya gərək onun dediyi ilə razılaşasan, ya daa özünə ayrı bir iş axtarıb tapasan. Gah  səs lap yaxından gəlir, gah da  eşidilməz olurdu.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (82 votes)

Digər maraqlı məqalələrimiz

loading...

1 comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: