Print

Türk dilləri ailəsi. Azərbaycan dilinin morfoloji quruluşu

30 Bəyənmə Şərh yazmaq

İnsan cəmiyyətinin yarandığı dövrlərdə dünya dilləri az sayda olmuşdur. Daha sonra isə bir dil arasında bölünmə baş vermiş, bir dildən onlarla dillər əmələ gəlmişdir. Təbii haldır ki, dillərin yaranma prosesi zamanı da onlarla dil ölmüşdür. Beliklə, dünyada 3500-dən çox dil meydana gəlmişdir.

Bir kökdən yaranan dillər qohum dillər hesab olunur. Qohum dillərin isə hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə daxildir.

Qohum dillərin yaranması ağacın qol-budağa ayrılmasına  bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz  növbəsində ayrı-ayrı dillərə ayrılır.

Oğuz dilindən türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi yaranır. Qıpçaq dilindən qazax qırğız, tatar, başqırd, qumuq və s.  dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır.

Dil şaxələrinə dil  qrupları da deyilir. Azərbaycan dili, Türkiyə türkcəsi, türkmən dili, qaqauz dili oğuz qrupunu təşkil edir. Ayrılma zamanı eyni budaqdan olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə yaxın olur. Bunun üçün də eyni dil qrupuna mənsub insanlar bir-birilərini daha yaxşı anlayır.

Bugünkü Azərbaycan dilinin fonetik sistemi, lügət fondu və qrammatik quruluşu artıq birinci minillikdə təşəkkül tapmışdı. Bu isə Azərbaycan xalqının varlığından, mövcud olmasından xəbər verir.

Dillərin bir-biri ilə qohum olması ilə yanaşı, həm də onların  tipoloji bölgüsü var. Tipoloji bölgüdə sözlərin morfoloji quruluşu əsas götürülür.

Buna  görə də dünya dilləri bir neçə qrupa bölünür. Bəzi dillər vardır ki, onlarda, ümumiyyətlə, şəkilçi olmur, sözün  kökü dəyişmir. Belə dillərə kök dillər (amorf dillər)deyilir. Vyetnam və Çin dilləri amorf dillər qrupuna aiddir. Bəzi dillər də vardır ki, onlarda sözün kökü həm içəridən dəyişir, həm də şəkilçi sözün  müxtəlif yerlərində, yəni əvvəlində,axırında işlənir. Sözün müxtəlif  yerlərində işlənməsinə görə şəkilçinin bir neçə növü metdana çıxır: prefiks (ön şəkilçi), infiks (ortada gələn şəkilçi),  suffiks (son şəkilçi).  Şəkilçi sözün müxtəlif yerlərində yerlərində gəldiyi üçün söz dəyişir, fleksiyaya uğrayır. Ərəb dilindəki sözlərin çoxu fleksiyaya uğrayır. Məsələn, nəzər – nazir- mənzərə; nəsr -nair – mənsur; hökm- hakim-məhkəmə-məhkum- mühakimə və s. Bu sözlər fleksiyaya uğramışdır, yəni daxildən dəyişilmişdir. Belə dillərə flektiv dillər deyilir.

Bütün türk dillərində, eləcə də Azərbaycan dilində sözün kökü həmişə dəyişməz olaraq qalır. Sözün kökü həmişə müstəqil mənalı olur. Dilmizdəki şəkilçilər – istər sözdüzəldici olsun, istər sözdəyişdirici söz kökündən sonra gəlir. Belə dillər isə iltisaqi (aqlütinativ) dillər adlanır. «Aqlütinasiya» yapışma deməkdir, buradan da göründüyü kimi, yəni şəkilçi sözə yapışır.

Təbiidir ki, iltisaqilik prinsipinə uyğun gələn, onun tələblərini yerinə yetirən türk mənşəli sözlərdir. Dilimizdə alınma sözlərin də çoxluq təşkil etməsi danılmazdır. Sözlər dilimizə ya ərəb və fars dillərindən, ya da rus və avropa dillərindən keçmişdir. Həmin sözlər alınma olduqları üçün bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözün əvvəlinə şəkilçi artırılır: ərəb- fars mənşəli sözlər – naməlum,  laməlan, baməzə; Rus -Avropa mənşəli sözlər – antifaşist, a normal. 

Bəzi sözlər vardır ki, şəkilçini ayırdıqda kök məna vermir. Məsələn, Rus-Avropa mənşəli sözlərdə-bioloji, frazeologiya sözlərində – loji, logiya şəkilçidir, bunları kökdən ayırdıqda kök məna vermir. Ərəb -fars mənşəli  sözlərdə mənəvi, lüğəvi sözlərində – vi şəkilçidir, ancaq mənə və lüğə sözləri dilmizdə yoxdur.

Lakin öz dilimizə məxsus olan nadinc və nakişi sözlərindəki – na ön şəkilçisi  türk mənşəli olan dinc  və kişi sözlərindəki- na ön şəkilçisi türk mənşəli olan dinc və kişi sözlərinə  artırılmışdır.

Və yaxud da dilimizdə olan alçaq, alçal sözlərində –q-l, kiçik,  kiçil sözlərindəki -k,-l çəkilçidir. Lakin bunları kökdən ayırsaq, kök məna verməyəcək, müstəqil kök olmayacaq. Ona görə də belə sözlər sadə sözlər  hesab olunur, bunlarda hələ morfoloji sabitlik yaranmayıb.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4/5 - (4 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: