Print

Xəbər budaq cümləsi. Tamamlıq budaq cümləsi.

20 Bəyənmə Şərh yazmaq

(Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına ( nədir? kimdir? neçədir? haradadır?) cavab verir.

Baş cümlənin xəbəri, adətən, odur, budur, o idi, bu idi, elədir,belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür, ona ğörədir, buna ğörədir, ondan ötrüdür, bundan ötrüdür, ondan ibarətdir və s. sözlərlə – qəliblərlə ifaə olunur. Məsələn, Arzum budur ki, (nədir?) torpaqlarımız tezliklə geri qaytarılsın. Səbəb o idi ki, (nə idi?) dərslərindəzirək çevik idi. İşin yaxşı cəhəti orasındadır ki, (haradadır?) hamı bir yerdə olacaq.

Belə cümlələr sadələşərkən baş cümlədəki əvəzlik-qəlib atılır, budaq cümlə əvəzlik-qəlibim yerini tərkib şəklində tutur. Məsələn,Fikrimiz budur ki, (nədir?) səni də özümüzlə aparaq – Fikrimiz səni də özümüzlə aparmaqdır.

Xəbər budaq cümləsi əksər hallarda baş cümləyə intonasiya və ki bağlayıcısı ilə bağlanır və budaq cümlə baş cümlədən sonra gəlir. Məsələn, Məqsədim budur ki (nədir?) ingilis dilni yaxşı öyrənim. Xəstənin vəziyyəti elədir ki, (necədir?) onu narahat etmək olmaz. Oğul odur ki (kimdir?) yarışda qalib gəlsin. Xəbər budaq cümləsi baş cümlədən əvvəl də gələ bilir və bu zaman baş cümləyə bağlayıcı sözlərlə bağlanır. Məsələn, Kim məsələni tez həll etsə, ən yüksək qiymət  onundur. Kim sualın cavabını tapsa, bu kitab onundur. Bu işlər əvvəl necə idi, indi də elədir.

Tamamlıq budaq cümləsi baş cümlənin işarə əvəzlik ləri ilə ifadə olunan tamamlığını izah edir və ya baş cümlənin tamamlığı əvəzində işlənir, tamamlığın suallarına (kimi? nəyi? nə? kimə? nəyə?) cavab verir.

Tamamlıq budaq cümləsi daha çox baş cümlənin feli xəbərinə aid olur. Bəzən baş cümlədəki ismi xəbərə də aid olur. Məsələn, Deyirlər ki, (nəyi?) yuxu gözəl nemətdir. Əminəm ki, (nəyə?)o, sabah gələcək.

Tamamlıq budaq cümləsi baş cümləyə ki bağlayıcısı ilə bağlanır və daha çox baş cümlədən sonra gəlir. Məsələn, Mən başa düşdüm ki, (nəyi?) məni izləyirlər. Əmin ola bilərsiniz ki, (nəyə?) əlimizdən gələni edəcəyik. Mən öz-özümdən soruşdum ki, (nəyi?) bəs nə vaxt gedəcəm. Uşaqlar çalışırdılar ki (nəyə?) dərslərini yaxşı oxusunlar. Tamamlıq budaq cümləsi baş cümləyə bağlayıcısız  yəni təkcə intonasiya ilə də bağlana bilir. Məsələn, Mən fikirləşdim, sən bunu oxumuş olarsan. İnanıram, siz tapşırığı uğurla yerinə yetirəcəksiniz.

Tamamlıq budaq cümləsi baş cümlədən əvvəl də gələ bilir və bu zaman ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə tamamlıq vəzifəsində qarşılıq bildirən söz işlənir və yaxud təsəvvür edilir. Məsələn, Əllərinə nə gəlirdi onu satırdılar. Hər kəsi deyirsən, onu çağırım. Kim mehmanxanaya gəlibsə, (o) mehmanxanada yer almalıdır.

Tamamlıq budaq cümlələri də vasitəsiz və vasitəli olur. Məsələn, Sən görürsən ki (nəyi?) mən əlimdən gələni edirəm. Mən çalışıram ki, (nəyə?) sən ali təhsil ala biləsən.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (6 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: