
- Sonu b, d, g və c ilə bitən bəzi sözlərdə bu hərflər kar kimi tələffüz olunur: qənd [qənt], hicab [hicap], kitab [kitap], ağac [ağaç], otaq [otax], ahəng [ahənk], atlaz [atlas], tüfəng [tüfənk], qonaq [qonax]. Bu cür sözlərə saitlə başlanan şəkilçi artırıldıqda cingiltili samit olduğu kimi tə- ləffüz olunur: qəndə [qəndə], kitaba [kitaba], ağacın [ağacın]. Ancaq bu sözlərə samitlə başlanan şəkilçi artırıldıqda söz sonundakı cingiltili samitlər kar qarşılıqları ilə tələffüz olıınacaq: qənddən [qəntdən], kitabda [kitapda], ağaclar [ağaçlar].
Bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfı kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, söz birləşməsinin birinci tərəfındə gələn bu cür sözlərdən sonra gələn söz saitlə başlayırsa, birinci sözün son samiti olduğu kimi tələffüz olunur, əgər samitlə başlanan söz gəlsə, birinci sözün sonundakı cingiltili samit özünün kar qarşılığı kimi tələffüz olunacaq: kitab [b] evi – kitab [p] mağazası və s.
Beləliklə, söz sonundakı samitin kar və ya cingiltili hərflə yazılmasını təyin etmək üçün həmin sözə saitlə başlanan şəkilçi və ya söz artırmaq lazımdır.
- Dilimizdə bəzi çoxhecalı sözlərin sonundakı q hərfı [x] və ya [ğ] kimi tələffüz olunur. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q-ğ əvəzlənməsi baş verir: bulaq – bulağın. Bu hərflə bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə q hərfı kar tələffüz olunıır (qonaqlar – [qonaxlar], bayraq rəngi – [bayrax rəngi]), saitlə başlanan şəkilçi və ya söz gəldikdə isə q hərfı cingiltili tələffüz olunur (yataq- [yatağın], yataq otağı – [yatağ otağı]).
- Son səsi [x’] kimi tələffüz olunan çoxhecalı sözlər k hərfı ilə yazılır: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k-y əvəzlənməsi baş verir: köynək- köynəyi və s.
Dilimizdə ərəb mənşəli üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s. sözlər isə bu qaydaya tabe olmur. Həmin sözlərin sonundakı samit [k’] kimi tələffüz olunur: üfüq [üfük’]. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki samit [q] kimi tələffüz olunur: şəfəq+i [şəfəqi].
- Sonu n, m ilə qurtaran sözlərdə çıxışlıq hal şəkilçisi [-nan2] kimi tələffüz edilir: adam+dan [adamnan], mən+dən [mənnən] və s.
- -lı4, -la, -lar4, -lıq4 şəkilçiləri sözə olavə edilərkən özündən əvvəlki samitin təsiri ilə bəzən fərqli şəkildə tələffüz edilir: tərlə [tərrə], sərinlik [sərinnix’] və s.
- Sonu ç səsi ilə bitən təkhecalı sözlərdə belə bir hal baş verir: özündən sonra cingiltili samit səsli söz və ya şəkilçi işləndikdə [ç] səsi [ş] səsi kimi tələffüz olunur. Məsələn, üç+dür [üşdü], üç+telli [üştelli], üç nəfər [üş nəfər] və s.
- Dilimizdəki, əsasən, ərəb mənşəli təkhecalı sözlərin sonundakı qoşa samitlərin hər ikisi yazılır: xətt, zidd, qəşş, fənn, həzz, küll, hiss, haqq, həll və s. Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda qoşa samitlərin biri düşür: sirrlər [sirlər],fənnlər [fənlər], haqqsız [haqsız], xəttkeş [xətkeş] və s.
Rəsmxət, hüsnxət kimi mürəkəb sözlərdə söz kökündəki samitin biri yazılır.
bütün hərflərə aid yazmamısan
X’ yalnız sözün son vəya ortasında gəlir ? Birdə tək hecalı sonu k ilə bitən milli sözlərə saitlə başlanan şəkilçi artırıldıqda k-y əvəzlənməsi baş verir ?
lalallalallalalalalla
duzdur
😎😎😎
Bes Qazax sozunun sonuna saitle baslayan sekilci artirdiqda Qazagin olur yoxsa Qazaxin?
Natiq” Qazağın”olmalıdır
“Qazaxın”deyə bilmərik.[x] [ğ] əvəzlənməsi baş verir.əgər samitlə başlayan şəkilçi artıqsaq “Qazaxdan”olur
Xeyir. Qazaxın olur. Söhbət deyə bilmərik yox, yaza bilmərikdən gedir. Həmçinin Yevlax-Yevlaxın olur. Sədərək-Sədərəkə yazılır və s.
“Qazağın” olur. Nuranə Müəllim doğru deyir.
Əla
Qazax sözünə saitlə və ya samitlə başlanan şəkilçi artırdıqda olduğu kimi qalır yəni “x” kimi səslənir))
Xeyr səhvdir
Mənim ücün əxlaq sözünün tələfüsünü atın
exlak
Şərik sözü necə tələffüz olunur?
mənə ittifat sözünün tələfüsünü atın
Azərbaycan dili orfoqrafik lüğəti
bes sozun evvelinde ve ortasinda olarsa q samiti nece telefuz olunur?
Niye x’ herfi “iyh” sesin verir??
yaxşı başa salmısan
cox pis sayt di melumatlar var amma errorlar coxdu mende programlasdirma dilini oyrenirem menim ucun bu sayti duzelt mek cox asantdi sayt uzerinde emek azdir =(
Azərbaycan dili çox çətin bir dildir. Qrammatika olaraq