Print

Niqt mədəniyyətinin ümumi və xüsusi məsələləri. Dil, nitq və nitq fəaliyyət.

2 Bəyənmə Şərh yazmaq

Nitq mədəniyyətinin ümumi (ictimai) xarakter daşıyan məsələləri vardır. Bu o deməkdir ki, nitqin düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, dilin qaydaqanunlarına hamı riayət etməlidir. Dilin fometik tərkibini, düzgün tələffüz və yazılış qaydalarını, cümlənin quruluşunu hamı eyni qavrsayır. Əgər belə olmasaydı, dil ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi.

Nitq mədəniyyətinin xüsusi (fərdi) səciyyə daşıyan məsələləri də vardır. Yəni hər kəs dəqiq danışıb yazmır, yaxud hər kəsin nitqi ifadəli deyil, nitqin gözəlliyi hər kəsdə bir cür təzahür edir.

Nitq mədəniyyətinin ümumi məsələləri ilə xüsusi məsələləri birbaşa bir- birinə bağlıdır və bunları eyni zamanda  həll edən nitq sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi hesab olunur (düzgünlük, dəqiqlik və ifadəlilik)

Dil, nitq və nitq fəaliyyəti.

Dil mücərrəd işarələr sistemindən ibarət olan ünsiyyət vasitəsidir.

Dünyada olan hər bir dilin özünəməxsus tərkib hissəsi, daxili sistemi, quruluşu vardır.

Dil ünsiyyət vasitəsidir,  ondan fərqli olaraq nitq isə ünsiyyət prosesidir. Dil ümumi,  nitq isə fərdidir. Yəni dil hamıya aiddir, hamıya eyni cür xidmət göstərir, nitq isə hərədə bir cür meydana çıxan prosesdir. Nitq hər bir fərdin dilə bələdliyi səviyyəsində özünəməxsus formada əmələ gəlir. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişikliyə uğrayır, lakin nitq dilə nisbətən dəyişkəndir. Əsrlər öncə də dilimiz Azərbaycan dili idi, lakin əsrlər öncəki Azərbaycan türklərinin nitqi – yazısı, danışığı indikindən fərqli olub.

Nitqin ortaya çıxması üçün lazım olan ictimai,  psixoloji və fizioloji aktların sistemi nitq  fəaliyyəti adlanır. 

Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi mürəkkəb, çoxtərəfli hadisədir, bunun ictimai, psixoloji, fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərir. Əgər biri danışır, yazırsa, o, hər hansı dildən istifadə edir. Onun hər hansı dildən istifadə üsulu, təcrübəsi. obyektiv tələbləri nəzərə alması nitq fəaliyyətini təşkil edir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: