Print

Azərbaycan Dilində Heca

198 Bəyənmə 9 Şərh

Tələffüz edilərkən sözlərin asanlıqla bölünə bildiyi hissələri heca adlanır. Sözdəki hecaların sayı saitlərin sayına bərabər olur. Məsələn, he-sab, şi-ka-yət, is-ti-ra-hət, kö-mək-çi və s. Heca bir saitdən də ibarət ola bilər: məsələn, a-na, ü-rək, Na-i-lə və s. Lakin Azərbaycan dilinə məxsus sözlərdə, əsasən, hecalar bir, iki və ya üç samit səsli olur. Sait səslə bitən heca açıq heca adlanır. Məsələn, al-ma, -kim, ma-ğa-za və s. Samit səslə bitən heca isə qapalı heca adlanır. Məsələn, hə-yat, qə-ləm, sev-gi və s.

Hecaların quruluşu aşağıdakı kimidir:

  1. Azərbaycan dilində, adətən, samit səs özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: hə-rə-kət, da-ya-na-caq.
  2. Sözün ortasında üç samit səs yanaşı gələrsə, adətən, bunlardan ikisi əvvəlki saitə, üçüncüsü isə sonrakı saitə qoşulur: dü-rüst-lük, xoş-bəxt-lik.
    Bəzi hallarda isə bu cür sözlərdə iki sait arasında gələn üç samitdən birincisi əvvəlinci hecaya, qalan ikisi isə sonrakı saitə qoşulmuş halda hecalanır: sen-tyabr, ok-tyabr, ak-tyor.
  3. İki samit səs saitlərin əhatəsindədirsə, bunlardan birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil edilir: dəf-tər, Təb-riz.
  4. Qoşasamitli sözlərdə samitlərin hər biri ayrı-ayrı hecalarda işlənir: gül-lə, ad-dım, toq-qa.
  5. Sözlərin daxilində yanaşı gələn dörd samitdən ikisi əvvəlki saitə, digər ikisi isə sonrakı saitə qoşulur: eks-press, trans-krip-si-ya.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.4/5 - (101 votes)

Digər maraqlı məqalələrimiz

loading...

9 comments

    1. Göy rənglə işarələnən hecaların açıq heca olduğunu vurğulayır. Rəngə diqqət edin. Belə ümumiyyətlə bu gic-gic şeylər günü-gündən kim çıxarır dəxlisiz, anlamıram. Nəyə lazımdır hecalara min cür ad vermək? Beyinsiz təxəyyülün məhsuludur sadəcə.

    1. Söz mürəkkəb söz kimi qəbul edib sözü parçalayıb kor və oğlu sözlərinə ayırıb hecalara ayırmaq düzgün deyil. Siz Kor-oğ-lu kimi nəzərdə tutursunuz, amma söz bütöv olduğu üçün hecalara Ko-roğ-lu kimi bölünməlidir.

  1. Göy rənglə işarələnən hecaların açıq heca olduğunu vurğulayır. Rəngə diqqət edin. Belə ümumiyyətlə bu gic-gic şeylər günü-gündən kim çıxarır dəxlisiz, anlamıram. Nəyə lazımdır hecalara min cür ad vermək? Beyinsiz təxəyyülün məhsuludur sadəcə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: