
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlərin məna və qrammatik cəhətdən bağlılığı sintaktik əlaqə adlanır.
Söz birləşmələri və cümlələr arasında həm məna əlaqəsi, həm də sintaktik əlaqələr olur. Məsələn, gözəl çəmən birləşməsindəki gözəl sözü mənaca çəmən sözünə aid olub onu təyin edir. Yazı yazmaq birləşməsində yazı sözü mənaca yazmaq hərəkətinin obyektini bildirir, sintaktik cəhətdən də ona tabe olur.
Sintaktik əlaqələrin iki növü vardır: tabesizlik əlaqəsi, tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsi bərabərhüquqlu sözlər arasında, yəni həmcins üzvlər arasında yaranır. Bu əlaqədə olan sözlərin hamısı eynı qrammatik formada olur və biri digərinə tabe olmur. Məsələn, Dərələr, təpələr, düzlər sıx dumana bürünmüşdü. Qarşımıza çıxan çətinliklər, əngəllər bizi ruhdan salmır.
Yuxarıdakı cümlələrdə qeyd edilmiş sözlər arasında tabesizlik əlaqəsi mövcuddur. Tabesizlik əlaqəsi cümlədəki sözlər arasında özünü göstərir. Bu əlaqə ya intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə müəyyənləşir:
İntonasiya ilə: Bizi sevindirsin eşin, əməlin, Vəfada, dözümdə Banuçiçək ol. Arzunu, istəyi dəyişir zaman.
Tabesizlik bağlayıcıları ilə: Məhəl qoymaz nə yağışa, nə küləyə təyyarələr. Qızlar və oğlanlar yanaşı oturmuşdular.
Tabesizlik əlaqəsi ilə bağlanan sözlər bir – birindən asılı olmur. Tabelilik əlaqəsində olan sözlərdən biri əsas, digəri isə ondan asılı olur və onu izah edir. Tabe söz tabeedici sözə qrammatik şəkilçilər vasitəsilə bağlanır. Sözlər arasındakı asılılıq əsasında müəyyənləşdirilir və suallar da, adətən, tabeedici söz əsasında verilir. Tabelilik əlaqəsi tabe sözdən əsas sözə doğru yönəlmiş oxla göstərilir. Məsələn,
- O, məktəbdə yaxşı oxuyurdu.
- O (nə edirdi) ← oxuyurdu.
- Məktəbdə → (harada?) oxuyurdu.
- Yaxşı → (necə?) oxuyurdu.
Tabelilik əlaqəsinin üç növü vardır: uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi.
Hello
The New Powerful LED Flashlight is The Perfect Flashlight For Any Situation!
The 3,000 Lumens & Adjustable Zoom gives you the wide field of view and brightness other flashlights don’t have.
50% OFF + Free Shipping! Get it Now: https://linterna.shop
All the best,
Joshua