Print

Azərbaycan dili , Zərf

26 Bəyənmə Şərh yazmaq

Hərəkətin zamanını, tərzini, yerini, miqdarını, səbəbini bildirən əsasa  nitq hissəsi zərf adlanır.

Zərflər nəcə? nə cür? nə zaman? haçan? nə vaxt? hara? harada? nə qədər? neçə? niyə?nə üçün? və s. suallara cavab olur.

Bəzi zərflər başqa nitq hissələri ilə(isim,sifət, say, qoşma) ortaqlı sözlərdən ibarətdir. Ona görə də bu və ya digər sözün zərf olduğunu müəyyən etmək üçün həmin sözün felə aid olub – olmamasını yoxlamaq lazımdır. Məsələn, gecə, gündüz, səhər, axşam yerindən asılı olaraq həm isim, həm də zaman zərfi; yaxşı, pis sözləri sifət və zərf; az, çox, xeyli, bir qədər, bir az və s. qeyri – müəyyən say və miqdar zərfi: əvvəl, sonra, bəri, qabaq, ireli və s. qoşma və zərf olur.

  •  Gecə (isim) xeyli uzanıb.
  • Qonaqlar gecə (zərf) geldi
  • Yaxşı (sifət) dost belə etmir.
  • Mən dərsimi yaxşı (zərf) oxuyuram.
  • Xeyli (say) toxum itkiyə getmişdi 
  • O, xeyli (zərf) fikirləşdi
  • Səndən sonra (qoşma) bura kim gəlib?
  • O, buraya sonra (zərf) gəldi

Zərflər felin təsriflənməyən formalarına da aid ola bilir: O, ucadan danışmağı (məsdər) sevmirdi. İt birdən hürdüyü (feli sifət) üçün uşaq qorxdu. O, qəhrəmancasına döyüşərək (feli bağlama) həlak olmuşdu.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

3.4/5 - (5 votes)

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: