
Dilin lüğət tərkibində xalqın tarixi əks olunur. Sözlər elmdə, texnikada, mədəniyyətdə baş verən dəyişikliklərin, tarixi hadisələrin canlı şahidləridir. Zaman keçdikcə bəzi məfhumlar dəyişir, yox olur və belə məfhumları bildirən sözlər də köhnəlir, öz ümumişlək xüsusiyyətini itirir. Belə sözlər köhnəlmiş sözlər adlanır. Məsələn:
dərviş, vəzir, töycü, çarıq, cindar, sarban, xış, girvənkə, darülfünun, pristav, qorodovoy, konka, dəbilqə, qalxan, xurcun və s.
Sözlər ümumişləklik xüsusiyyətini bir sıra səbəblərə görə itirir. Bu səbəblər aşağıdakılardan ibarətdir:
- Dövlət quruluşlar, ictimai-siyasi funksiyalar dəyişdikcə, bir-birini əvəz etdikcə onlarla bağlı sözlər də köhnəlir və sıradan çıxır. Məsələn: darğa, töycü, dinar, koxa, kətxuda, dirhərn, katta, şahı və s.
- İnsanların həyat və yaşayışları dəyişdikcə sözlər dəl köhnəlir və sıradan çıxır. Məsələn: arxalıq, təhnə, daqqal batman, çuxa, börk, əba, çarıq, xurcun və s.
- Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq sözlər köhnəlir və sıradan çıxır. Məsələn: xış, mirab, mac, vəl, cu var, hodaq, qazalaq və s.
- Dilin özünün inkişaf etməsi və zənginləşməsi ilə əlaqədar sözlər köhnəlir. Məsələn: sayru (xəstə), güz (payız), gəz (dəfə), ün (səs), pitik (yazı), əsrük (sərxoş), uçmat (cənnət), ayıtmaq (demək, söyləmək), alp (cəsur), suç (gü nah), tanıq (şahid), yağmalamaq (talamaq), yazı (çöl, düz) görklü (gözəl), us (ağıl), damu (cəhənnəm) və s.
Köhnəlmiş sözlər iki yerə bölünür: arxaizmlər, tarixizmlər.
Arxaizm deyəndə bu gün işlənməyən sözlər nəzərdə tutulur. Söz özü dildən çıxmış, həmin sözlərin əvəzinə onların mənasını verən sözlər yaranmışdır. Yəni anlayış qalır, onu ifadə edən söz dəyişir. Məsələn:
ayıtmaq (demək), əsən (sağ, salamat), uçmaq (cənnət), ayaq (qədəh), nəsnə (əşya), us (ağıl) və s.
Dövlət quruluşunun dəyişməsi, əmək prosesinin təkmilləşməsi ilə əlaqədar sözlər tarixizmlər adlamr. Tarixizmlərdə anlayış da, onu ifadə edən söz də köhnəlir. Məsələn:
xan, töycü, sovet, mülkədar, qlava, hampa, bolşevik, katta, menşevik, darğa, dinar və s.
Köhnəlmiş sözlərin bəziləri bu gün dialektlərdə də işlənir. Belə sözlər vaxtilə ədəbi dildə işlənib sonra dildən çıxdığına görə həm köhnəlmiş sözlər, indi ədəbi dildə yox, ayrı-ayrı dialektlərdə yaşadığına görə həm də dialekt sözlər adlanır. Məsələn:
hancarı (necə), duş (yuxu), əsrük (sərxoş), anarı (o tərəf), becid (tez-tələsik) və s.
Qeyd: Bu sözlərdən «becid» bu gün Bakı dialektində, qalan sözlər isə Qazax-Borçalı bölgəsində fəal işlənir.
Muhtal sözü azərbaycan dilində olub
Muhtal sözü azərbaycan dilində olub?
Salam çox sağolun. Mənə çox lazım oldu.
Minnətdaram. Çox təşəkkür edirəm.
Kemale mence sen duz deyirsen!!!!!!!!!!!
Sevdim cox sag olun
Çox yaxşıdır mənə lazım idi Sağolun
Sağolun
-Cox sagoLn.)
Mərd Namərd SözLər aLnmadr ya Azerbaycan sozLeri?
Sizde Sag oLn)
-NarmaLnidr eLLervze SagLx🙃
Mərd Namərd SözLər aLnmadr ya Azerbaycan sozLeri?
ALINMADIR
Gewex Var oLasz
👍🏻🤲🏻
– 🤓
Cox sagolun ezber eledim dilimde
Çox sağolun
Mənə də çox lazım oldu.
Çox sağolun sözlər üçün
lol