
İsimlərin quruluşca üç növü vardır: sadə, düzəltmə və mürəkkəb isimlər.
Sadə isimlər yalnız kökdən və ya bir kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn: ay, təpə, ağaclar, kitabdan və s.
Düzəltmə isimlər söz köklərinə müxtəlif leksik şəkilçilər artırmaqla yaranır. Məsələn: at – atlı, avam – avamlıq, sür — sürücü, arı – arıçılıq və s. Düzəltmə isimlər ən çox isimlərin özlərindən və fellərdən düzəlir.
İsimdən düzəltmə isim düzəldən şəkilçilər aşağıdakılardır:
- -çı4: balıqçı, üziimçü, çəkməçi, traktorçu və s.
- -lıq4: dağlıq, ağaclıq, dərzilik, qonşuluq və s.
- -ça2: meydança, bağça, döşəkçə, dəftərçə və s.
- -daş: əməkdaş, vətəndaş, yoldaş və s.
- -stan (-istan): Gürciistan, Qobustan, Özbəkistan və s.
-lıq4 şəkilçisi başqa nitq hissələrindən (xüsusilə sifətlərdən) də isimlər düzəldir. Məsələn: ağırlıq, yüngüllük, zəriflik, birlik, mənlik və s.
Feldən isim düzəldən şəkilçilər aşağıdakılardır:
- -ış4: baxış, gəliş, duruş, görüş və s.
- -tı4: çığırtı, göyərti, qızartı və s.
- -ma2: bölmə, vurma, düzəltmə, süzmə və s.
- -aq2, -q, -k: qaçaq, yataq, daraq, ələk və s.
- -qı, -ğı, -qu, -ğu, -ki, -gi, -kü, -gü: basqı, çalğı, pusqu, vurğu, səpgi, sərgi, sürtkü, bölgü və s.
- -ıntı4: tikinti, sıxıntı, yağıntı, döyüntü və s.
- -ı4: çəki, sancı, ölçü, qorxu və s.
- -ıq4: cızıq, yaraşıq, örtük, bilik, buruq və s.
- -ğac, -gəc: süzgəc, tutğac və s.
- -ım4: biçim, yayım, ölüm, qurum, deyim və s.
- -ıcı4: dinləyici, satıcı, sürücü, bağlayıcı və s.
- -cə: əyləncə, düşüncə və s.
- -c: qazanc, tıxac, giivənc və s.
- -ar2: dəyər, çapar, yazar, kəsər, açar və s.
- -gə: döngə, süpürgə, bölgə və s.
- -ın4: axın, biçin, səpin və s.
Mürəkkəb isimlər bir neçə kökdən ibarət olur. Mürəkəb isimlər aşağıdakı kimi yazılır:
- Müxtəlif mənalı iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bir vurğu ilə deyilir və bitişik yazılır. Məsələn: kəklikotu, quzuqulağı, ayaqqabı, ağacdələn və s.
- Yaxın mənalı sözlərdən və antonim sözlərdən əmələ gələn mürəkkəb isimlər, eləcə də tərəflərindən biri ayrılıqda işlənməyən və heç bir məna bildirməyən mürəkkəb isimlər defislə yazılır. Məsələn: qoyun-quzu, taxta-şalban, söz-söh- bət, gecə-gündüz, dost-düşmən, kağız-kuğuz, çör-çöp, uşaq-muşaq və s.
- Bəzi mürəkkəb isimlər eyni fel kökünün ha, a bitişdiriciləri vasitəsilə təkrarından əmələ gəlir və bitişik yazılır. Məsələn: gəlhagəl, gethaget, vurhavur, basabas və s.
- Bəy, xanım, ağa, xan, şah tipli sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda bitişik yazılır. Məsələn: Atabəy, Qızxanım, Gülümşah, Ağaxan və s. Həmin sözlər titul, rütbə, ləqəb bildirdikdə, yaxud hörmət mənasında işləndikdə ayrı yazılır. Məsələn: Üzeyir bəy Hacıbəyov, Məhsəti xanım, Fətəli xan və s.
metin
Sağolun
Çox gözəl əməyinizə sağlıq
super
aW
əla
Seks
Burdan baxıb dərs yazıram😁