
LEKTION 1.3 – der Diphthong
Bundan başqa alman dilində həm də 5 diftong da mövcuddur.
Diftong nədir?
Diftong iki hərfin birləşərək ikitərkibli bir səs əmələ gətirməsi hadisəsidir.
Bunlar aşağıdakılardır: /ei/, /ai/, /eu/, /äu/, /au/
[ei] – { ay }
Məsələn:
mein – mənim,
dein – sənin,
sein – onun,
kein – heç bir və s.
[ai] – { ay}
Məsələn:
Mai – may.
[eu] – { oy }
Məsələn:
heute – bu gün,
neun – doqquz və s.
[äu] – { oy }
Məsələn:
Häuser – evlər,
läuft – qaçır və s.
[au] – { au }
Məsələn:
Bau – tikinti,
kauen – çeynəmək və s.
Diqqət əlavə olaraq onu da bilmək lazımdır ki, /e/ hərfi /i/ hərfindən sonra, yəni /ie/ birləşməsi şəklində rast gələrsə bu zaman /e/ hərfi oxunmur. Məsələn:
si/e/ – o (qadın),
wi/e/ – necə,
si/e/ben – yeddi və s.
MƏNBƏ: www.deutsch.az