Print

Leksik və qrammatik şəkilçilər

2.26K Bəyənmə 138 Şərh

Bəzi şəkilçilər kökə qoşulduqda sözün yalnız forması dəyişir, mənası isə dəyişmir. Belə şəkilçilər sözdəyişdirici və yaqrammatik şəkilçilər adlanır. Qrammatik şəkilçilər ∩ işarəsi ilə göstərilir.

İsimlərdə cəm şəkilçisi, hal şəkilçiləri; feilərdə zaman şəkilçiləri, şəxs şəkilçiləri və s. qrammatik şəkilçilərdir. Başqa nitq hissələri (sifət, say, zərf, felin xüsusi formaları olan məsdər, feli sifət) isimləşdikdə ismə aid olan hal, mənsııbiyyət, cəm şəkilçiləri qəbul edə bilər. Məsələn: kitab- lar, oxu-yur-am, dəftər-in, dəniz-, ağıllı-yam, tez-dir və s.

Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir. Qrammatik şəkilçilər öz şəkilçilərimizdir, yəni bunların içərisində alınma olanı yoxdur. Bu şəkilçilər ahəngə tabe olduğu üçün içərilərində birvariantlıları yoxdur.

Bəzi şəkilçilər isə qoşulduğu sözün həm formasım, həm də mənasını dəyişdirir və yeni mənalı söz əmələ gətirir. Belə şəkilçilər sözdüzəldici və ya leksik şəkilçilər adlanır. Leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir. Məsələn, dəniz-çi, gör-üş, göz-lük, sın-ıq və s.

Əvəzlikdən başqa (bəzi istisnalar var), bütün əsas nitq hissələrinin özünəməxsus leksik şəkilçiləri var.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

4.3/5 - (857 votes)

Digər maraqlı məqalələrimiz

loading...

138 comments

  1. Bilene her sey asantdi.Beyin yoxdusa zorlamayin.Dagilar.Leksik ve qramit sekilcilerin hamisij yazib.Tesekkur edirem yazana.Ir qramatikdi indiki zaman sekilcisidir.

  2. Her kes her yerde oz medeniyetini temsil edir ..nalayiq sozleri iwletmeyin hec bir menadi yoxdur ..nalayiq sozleri sozleyenler bir zehmet ozleri yazardi bu melumatlari gorek nece bacarirdi.
    Sadece leksik sekilciler millidirmi yoxsa alinma ? Onu bilmedim .😘

    1. Mar şəkilçi deyil. “M” inkar şekilçisinin qısaltmasıdır,”ar” şəkilçisi də qeyri qəti gələcək zaman şəkilçisidir. Və ikisi də qrammatikdir.

  3. Bir mənalı şəkikdə başına dəysin başa düşmədim şəkilçilərin hamısı yoxdu bunlar mənin qayda kitabimdada varda neynirəç bunu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: