
Bəzi cümlələrdə eyni suala cavab verən, cümlənin eyni bir üzvü ilə tabelilik, lakin bir-birilə tabesizlik əlaqəsində olan üzvlər olur. Məsələn,
- Mart, aprel, may yaz aylarıdır.
- Evdə, işdə, yolda bu fıkir məni tərk etmirdi.
- Bağçada qırmızı, ağ və sarı güllər açmışdı.
Cümlədə eyni suala cavab verən, eyni cümlə üzvü ilə bağlı olan, bərabərhüquqlu üzvlər həmcins üzvlər adlanır.
Həmcins üzvlər bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və bir-birindən asılı olmur, biri digərini izah etmir. Onlar bir-birilə ya sadalama intonasiyası ilə, ya da tabəsizlik bağlayıcıları ilə bağlanır. Məsələn,
Dərələri, təpələri, düzləri duman bürümüşdü. Nə mən, nə sən, nə də o bu işin öhdəsindən gələn deyilik.
Və, ilə bağlayıcıları ilə bağlanan həmcins üzvlərdən başqa, digər həmcins üzvlərin arasında vergül qoyulur.
Həmcins üzvlərdə təkrar olunan şəkilçilər, idi, imiş hissəcikləri və qoşmalar axırıncıda saxlanılmaqla qalanlarda ixtisar oluna bilir. Məsələn,
- Əhməd(in), Vəli(nin) və Ramizin günahları yoxdur.
- Qəzet(lər), jurnal(lar) və kitablar üst-üstə qalaqlanməşdı.
- Kiçik bacım ağıllı(dır), çalışqan(dır) və mehribandır.
- Vüsalə oxuyur (du), yazır(dı), şəkil çəkirdi.
- O, biliyi(ilə), bacarığı(ilə) və istedadı ilə hamıdan seçilirdi.
Cümlədə hər bir həmcins üzvün özünün təyini ola bilir. Məsələn, Vətənimin geniş çölləri, uca dağları, sıx meşələri var.
Müxtəlif şəxslərdə olan həmcins mübtədalar arasında I şəxs olduqda xəbər I şəxsin cəmində, olmadıqda isə II şəxsin cəmində olur. Məsələn,
- Mən də, sən də, o da bunu bilməliyik
- Biz və onlar əvvəl – axır görüşəcəyik
- Sən və o bizə kömək etməlisiniz.
- Siz də, onlar da yaxına gəlin.
Cümlədə həmcins xəbər məqamında işlənən yox, deyil sözlərindən sonra da vergül qoyulur. Məsələn, Sən bu sözlə təkcə mənim deyil, sözlərindən sonra da vergül qoyulur. Məsələn, Sən bu sözlə təkcə mənim deyil, hamının qəlbini qırdın. Sən əslində bura bizə görə yox, başqa işə görə gəlmisən.
Həqiqətən də çox işimə yaradı. Kimin bu məlumatda əziyyəti varsa onlara təşəkkür edirəm!!!
salam
çox dərdə dəyənidi
rəhim-irandan
burda bidene meselen teyine mubetde obşi cumle üzüvlerine aod cumleler olsaydi yaxsi olardi ve hamisin altına yazilardi hansi cumle üzcüdür brle olsa daha yaxsi olar