Print

Ara sözlər

3 Bəyənmə Şərh yazmaq

Danışanın ifadə etdiyi fikrə münasibətini, yaxud cümlədə verilən məlumatın mənbəyini göstərən sözə və söz birləşməsinə ara sözlər dəyilir.

Ara sözlər qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur, həç bir suala cavab vermir, cümlə üzvü ola bilmirlər. Ara sözlər, əsasən, cümləninh əvvəlində, bəzən isə ortasında işlənir, çox az hallarda cümlənin axırında işlənən ara sözlərə də rast gəlinir. Ara sözlər cümlə üzvlərindən vergüllə ayrılır. Məsələn, Təəssüf ki, onu görə bilmədim. Bələliklə, hər şey aydındır. Mən, doğrusu, onun məğlub olmasını istəmirdim. Bu yerlər, qocaların dediyinə görə, əvvəllər meşəlik olub. Sən bu fikirlə razılşırsan, demək.

Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz, söz birləşməsi və  cümlə şəklində olur. Məsələn,

Bu cəhət, xüsusən, gənc nasirlərin əsərlərində daha qabarıq şəkildə nəzərə çarpır. Mənim fikrimcə, iyirmi birinci əsr daha yüksək tərəqqi əsri olacaqdır. İslam tarixçilərinin demək olar ki, hamısı Zərdüştün Təbriz yaxınlığında doğulduğunu qəbul edirlər.

Ara sözləri aşağıdakı məna növlərinə ayırmaq olar:

  1. Yəqinlik bildirənlər: əlbəttə (ki), şübhəsiz (ki), həqiqətən, düzü, doğrudan (da), yəqin (ki), doğrusu, məlum olduğu kimi və s. Məsələn, Göstərdiyin hünər, yaratdığın iş haqdan daha qüvvət alır, əlbəttə. Yəqin ki, yad adamı naşı sayır.
  2. Güman, şübhə, ehtimal bildirənlər: bəlkə (də), ehtimal (ki), güman (ki), deyəsən, olsun (ki), görünür (ki), ola bilsin (ki), olmaya,  görəsən, görək, gərək ki və s. Məsələn, Görəsən, dünyada anadan  da çox əziyyət çəkən bir insan varmı?
  3. Nitqin  hissələri arasında əlaqəni bildirənlər: deməli, demək, beləliklə, xülasə, qısası, axır ki, müxtəsər, əvvəla, əvvələn, birincisi, ikincisi, nəhayət, ümumən, ümumiyyətlə,  bir sözlə və s. Məsələn, Deməli, sözlər çoxdur, ancaq hər sözü deməli deyilsən. Nəhayət, gözlədiyim gün gəlib çatdi.
  4. Fikrin mənbəyini, kimə aid olduğunu bildirənlər: məncə, səncə, bizcə, sizcə, fikrimizcə, mənə görə, sənə görə, bizə görə, sizə görə, filankəsə görə, deyilənə görə, guya və s. Məsələn, Səncə, gövdəli, qollu-qanadlı palıd nəyə görə yerə yıxılıbdır?
  5. Təəssüf bildirənlər: heyif (ki), çox heyif (ki), təəssüf (ki) və s. Məsələn, Hayıf ki, namərd qonşunun fitnəsini vaxtında bilməmişik. 

Ara sözlər cümlənin əvvəlində gəldikdə ondan sonra, ortasında gəldikdə hər iki tərəfindən, sonunda gəldikdə isə ara sözdən əvvəl vergül qoyulur.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Ara sözlər
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: