
Qoşasamitli sözlər iki yerə bölünür: eynicinsli qoşa samitlər, müxtəlifcinsli qoşa samitlər.
Eynicinsli qoşa samitlər:
- qq [k’q] – toqqa [tok’qa ], çaqqal [çak’qal], doqquz [dok’quzj, saqqal [sak’qal], tərəqqi [tərək’qi], nəqqaş [nək’qaş] və s.
- tt [td] – hətta [hətda], əlbəttə [əlbətdə], məəttəl [mə:tdəl], miittəhim [mütdəhim], ittifaq [itdifak], ittiham [itdiham], mürəttib [mürətdib] və s.
- pp [pb] – tappıltı [tapbıltı], guppultu [gupbultu], hoppanmaq [hopbanmax], şappıltı [şapbıltı] və s.
- kk [kg] – səkkiz [səkgiz], mütəkkə [mütəkgə], mürəkkəb [mürəkgəb], təfəkkür [təfəkgür], təşəkkür [təşəkgür], hikkə [hikgə], Məkkə [Məkgə] və s.
- yy [y] – vəziyyət [vəziyət], ədəbiyyat [ədəbiyat], xasiyyət [xasiyət], əziyyət [əziyət], qətiyyən [qətiyən], dövriyyə [dövriyə], ezamiyyət [ezamiyət], iqtisadiyyat [iktisa:diyat], maliyyə [maliyə], nəzəriyyə [nəzəriyə], səhiyyə [səhiyə], fərziyyə [fərziyə], hal-qəziyyə [hal-qəziyə] və s.
Bəzi sözlər yy ilə yazılır və [yy] ilə də tələffuz edilir: niyyət [niyyət], qəyyum [qəyyum], səyyarə [səyyarə] və s.
- İki sait arasında qoşa işlənən ll, dd, şş, ss,ff, cc samitli sözlərdə dəyişiklik baş vermir: güllə, addım, təəssüf təəccüb, yeddi, şəffaf və s.
- Təkhecalı sözlərin sonundakı qoşa samitlərin hər ikisi yazılır: xətt, həll, haqq,fənn, küll, həzz, hiss, qəşş, zidd və s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda qoşa samitlərin biri düşür: sirlər, fənlər, haqlar və s.
Müxtəlifcinsli qoşa samitlər:
- Azərbaycan mənşəli sözlərin, demək olar ki, hamısında, ərəb-fars mənşəli sözlərin böyük bir qismində söz ortasında yanaşı gələn müxtəlif kar samitlərdən (pk, tk, şk, st, çk, kç və s.) ikincisi cingiltili tələffüz edilir: seçki, bitki, səpki, itki, təşkil, tiistü, döyüşkən, kiiskün, döşəkçə və s.
- nb birləşməsi [mb] kimi tələffüz olunur: mənbə, minbər, şənbə, zanbaq və s.
Lakin kömbə, kombinat, pambıq, kombayn, tramvay, qumbara, peyğəmbər, hambal sözləri [mb] ilə yazılır və tələffüz edilir.
- Üzr, üzv, sədr, rəhm, elm, qəsb, hökm və s. birhecalı almma sözlərə samitlə başlanan şəkilçi qoşulduqda üç saınit hərf yanaşı yazılır: üzrlü, üzvlük, sədrlik, rəhmli, elmsiz, qəsbkar, hökmdar. Bu sözlərin tələffüzü zamanı həmin samitlərin arasına sait artırılır. Məsələn, [üzürlü], [elimsiz], [sədirlik], [rəhimli] və s.
7oLbMr9zbWemgh
Bu nədir?
Mənə cox zaman lazım olur.
Çox gözəl
Bu saytdan indi də istifadə edirəm.
……
Mende
123
Mənə çox faydası oldu təşəkkürlər amma əlavə məlumat deyil az dili dim qayda kitabında olanlar idi😞😒
Çox sağ olun
bu qeder?? bes mene ff olanida lazimdi axi
Ff da Heç bir dəyişiklik olmur.
🕳🕳
vv olsaydı yaxşı olardı🤔
mən daha çox bilmədiyim bi şey axtarırdım ama mövznun tam halı budusa hamısını bilirmişəm👍
Səhvlər var sözlərin tələffüzündə
Əla
Çox gozeldir sağolun
Hec bir deyişkilik yoxdu.:)
əladı