
Bəzən tabeli mürəkkəb cümlələr iki sadə cümlənin deyil, daha artıq cümlənin birləşməsindən əmələ gəlir. Belə cümlələr mürəkkəb quruluşlu tabeli mürəkkəb cümlələr adlanır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- 1)
- Bərabərhüquqlu budaq cümlələr bir baş cümləyə tabe olur və onun eyni bir üzvünü izah edir. Məsələn,
- Mənim istədiyim odur ki (1), 1→}2>3>4
- sən dərslərini yaxşı oxuyasan (2)
- ali məktəbə qəbul olasan (3)
- yaxşı bir mütəxəssis kimi yetişəsən (4)
Bu misalda üç xəbər budaq cümləsi (2,3,4 – həmcins budaq cümlələr) paralel şəkildə baş cümləyə (1) birləşir.
2)
- Budaq cümlələr baş cümləni müxtəlif cəhətdən izah edir. Məsələn,
- Siz işə can yandırsanız (1)
- planı yerinə yetirərsiniz (2) 1→2←3
- çünki tarlada məhsul çoxdur (3).
Bu misalda şərt (1) və səbəb (3) budaq cümlələri baş cümlədə (2) görülən işin şərtini və səbəbini bildirir. Belə budaq cümlələr həmcins deyil və baş cümləyə ardıcıl birləşir.
3)
Baş cümlə sadə, budaq cümlə isə tabesiz mürəkkəb cümlə şəklindədir. Məsələn
- Biz kəndə çatanda gördük ki (1) 1←2↔3
- kənddə heç kəs yoxdur (2) və evlərin şoxunu ermənilər yandırıblar (3)
Bu misalda tamamlıq budaq cümləsi tabesiz mürəkkəb cümlə (2 və3) şəklindədir.
4 Baş cümlə sadə, budaq cümlə isə tabeli mürəkkəb cümlə şəklindədir. Məsələn,
- Mənə bildirdilər ki (1)
- düşmənlər hücuma keçsələr də (2)
- əsgərlərimiz onları geri oturdub (3)
Bu misalda baş cümləni (1) izah edən tamamlıq budaq cümləsi (2 və 3) özü qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlədir.
Tabbeli mürəkkəb cümlələr təhlil olunarkən aşağıdakı qaydalara əməl etmək lazımdır:
- Baş və budaq cümlənin yeri müəyyənləşir.
- Baş və budaq cümləni bir-birinə bağlayan vasitə müəyyən olunur.
- Baş cümlədəki əvəzlik – qəlib və ya qarşılıq söz tapılır, hansı sintaktik vəzifə daşıdığı müəyyən olunur və budaq cümlənin nğvü göstərilir.
- Cümlədə əvəzlik-qəlib və ya baəlayıcı söz işlənməyibsə, bərpa etmək mümkündürsə, bərpa olunur.
- Baş və budaq cümlənin hər biri ayrı- ayrılıqda sintaktik təhlil oluna bilər.
- Hər tərkib hissadə işlənən cümlənin məqsəd və intonasiyaya, şəxsə görə növü müəyyələşdirilir. Məsələn, Mənə aydın oldu ki, burada ancaq varlılar oxuyurlar.
Hey nə baş düşmədim